Bakı, 3 noyabr, AZƏRTAC Qaradağ rayonunda yol-nəqliyyat infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, son bir neçə ay ərzində rayonda 5 yeni körpü inşa edilərək istifadəyə verilib.Körpülərdən 3-ü Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrliyində, digər 2-si isə Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında yerləşir.Qobustan qəsəbəsində istifadəyə verilən üçüncü körpünün uzunluğu 45,2 metr, hərəkət hissəsinin eni isə 10 metr təşkil edir.Qeyd edək ki, həmin ərazidə yerləşən dördüncü körpünün də sökülərək yenidən inşasına yaxın günlərdə başlanılması nəzərdə tutulur.
Qaradağ rayonunda son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib
Mənbə: azertag.az/xeber/qaradag_rayonunda_son_aylarda_5_yeni_korpu_tikilerek_istifadeye_verilib-4492050