Milli Məclis 8 Noyabr – Zəfər Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb.
Bu təşəbbüs parlamentin bugünkü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən irəli sürülüb və alqışlarla qarşılanıb
Sahibə Qafarova çıxışında 8 Noyabr Zəfərinin xalqın, ordunun və dövlətin birliyinin nəticəsi olduğunu vurğulayıb. O, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərinin, Böyük Qayıdış proqramının və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına dönüşünün qələbənin nəticələrini əks etdirdiyini bildirib.
Həmçinin əldə olunan Zəfərin Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün mühüm imkan yaratdığını qeyd edib.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor