Türkiyədə 4,2 maqnitudalı zəlzələ olub.
Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanın ocağı Osmaniyə vilayətinin Sumbas rayonunda 7 km dərinlikdədir.
Daha əvvəl Türkiyənin Aralıq dənizi sahillərində – Muğla vilayətində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
***
Türkiyədə 5,1 maqnitudalı zəlzələ olub.
Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
AFAD-dan bildirilib ki, yeraltı təkanın ocağı Aralıq dənizi sahillərində, Muğla vilayətində 9,7 km dərinlikdədir.