Bakı, 3 noyabr, AZƏRTAC Həqiqətən, bu, sevindirici haldır. 2018-ci ildə Vüqar Talıbov Olimpiya çempionu olmuşdu. Səkkiz il keçdikdən sonra İbrahim Talıbov həmin tarixi qələbəni təkrarladı. Bu, hamı üçün sevindiricidir. Bu sözləri AZƏRTAC-a açıqlamasında “Dakar-2026” Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycanın yeniyetmə cüdoçusu İbrahim Talıbovun (55 kiloqram) məşqçisi Emin İsgəndərov deyib.Mütəxəssis idmançının Olimpiya Oyunlarında böyük təcrübə qazandığını söyləyib: “Onun gələcəkdə böyüklər arasında da yüksək nəticələr əldə etməsi özündən asılıdır. Karyerasını uğurla davam etdirə bilər. Ancaq mənim həmişə tələb etdiyim bir qayda var: nizam-intizam olsa, qarşıda onu böyük nəticələr gözləyir”.Qeyd edək ki, noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.Videoqraf - Şövqi Əzizov