Bu ilin oktyabr ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 65,87 % təşkil edib.
"Statcounter" agentliyinin son hesabatına istinadən, bu, sentyabr ayına nisbətən 0,26 faiz bəndi, 2025-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə isə 17,97 faiz bəndi çoxdur.
Kompüterlərin bazar payı ötən ay ərzində 0,27 faiz bəndi, illik müqayisədə isə 17,92 faiz bəndi və ya 35 % azalaraq 33,71 % olub.
Oktyabrda planşetlərin bazar payı 0,41 % təşkil edib. Bu göstərici ay ərzində dəyişməyib, bir il əvvələ nisbətən isə 0,03 faiz bəndi azalıb.