Rusiya noyabrın 1-dən etibarən İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Avropa Konvensiyasının iştirakçısı olmaqdan rəsmən çıxıb.
Bu barədə Avropa Şurası məlumat yayıb.
Qərardan sonra Rusiyada həbsxanalar, cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları, psixiatriya müəssisələri və digər azadlıqdan məhrumetmə yerlərində müstəqil monitorinq aparılmayacaq.
Qeyd edək ki, Rusiya 1998-ci ildən Konvensiyanın iştirakçısı olub. Lakin ölkənin 2022-ci ilin martında Avropa Şurasından çıxarılmasından sonra İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi ilə əməkdaşlıq faktiki olaraq dayandırılıb.
2025-ci il oktyabrın 30-da Rusiya hakimiyyəti Avropa Şurasına Konvensiyanın denonsasiyası barədə rəsmi bildiriş göndərib.