Bu ilin oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 96,63 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, göstərici sentyabr ayına nisbətən 0,72 faiz bəndi az, 2025-ci ilin oktyabr ayı ilə müqayisədə 14,71 faiz bəndi çoxdur.
İkinci pillədəki "Yandex"in bazar payı aylıq müqayisədə 0,59 faiz bəndi artaraq, illik isə 13,22 faiz bəndi və ya 6,5 dəfə azalaraq 2,41 %-də qərarlaşıb.
Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı ay ərzində 0,08 faiz bəndi artaraq, illik isə 0,74 faiz bəndi azalaraq 0,75 % olub.
Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,05 faiz bəndi artaraq, illik müqayisədə isə 0,36 faiz bəndi azalaraq 0,12 % təşkil edib.
İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,01 faiz bəndi artaraq, illik müqayisədə isə 0,35 faiz bəndi azalaraq 0,08 % olub.