Ayı 30 insanı parçalayıb öldürdü

Rusiyada 2026-cı ilin əvvəlindən bəri 30 nəfər ayı hücumlarının qurbanı olub.

Bu barədə Rusiya İstintaq Komitəsinin Tomsk vilayəti üzrə idarəsi məlumat yayıb.

Son hadisə noyabrın 1-də Tomsk vilayətinin Pervomayski rayonunda baş verib. Orexovo kəndi yaxınlığındakı meşədə 62 yaşlı kişinin çoxsaylı xəsarətlər almış meyiti aşkarlanıb.

Ayı hücumlarının daha çox Buryatiya, Kamçatka və Tomsk vilayətlərində qeydə alındığı bildirilir.