Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) qida sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri üçün “ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi standartı” mövzusunda məlumatlandırma təlimi keçirilib.
İki gün davam edən təlim müddətində iştirakçılara ISO 22000:2018 standartının əsas prinsipləri, qida təhlükəsizliyi idarəetmə sisteminin tələbləri, tətbiq mexanizmləri və idarə olunması ilə bağlı ətraflı məlumat verilib.
Təlim interaktiv formatda təşkil olunub, mövzular üzrə müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Eyni zamanda, təlimin sonunda iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi məqsədilə test mərhələsi keçirilib.
Təlim çərçivəsində qida təhlükələrinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, risklərin idarə olunması, istehsal proseslərində qida təhlükəsizliyinin təmin edilməsi və sistemin davamlı təkmilləşdirilməsi məsələləri diqqətə çatdırılıb.