27 yaşlı ustanı cərəyan vurub öldürdü

Beyləqan rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Oktyabrın 31-i saat 12 radələrində Mil qəsəbəsinin ərazisində yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Rəhman Hacızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo.az)