Qarın rəqsi videoları ilə dünya şöhrəti qazanan və bir vaxtlar sərvəti ilə diqqət mərkəzində olan türkiyəli məşhur fenomen Yasin Cengiz bu dəfə xəstəxanadan yayılan görüntüləri ilə gündəmə gəlib.
“Haberler.com”a istinadən, şou və tədbirlərdən yüz minlərlə dollar qazandığı iddia edilən fenomenin əlil arabasındakı vəziyyəti izləyicilərini narahat edib.
Sosial şəbəkələrdə əyləncəli rəqsi ilə tanınan Yasin Cengiz bu dəfə səhhətində yaranan ciddi problemlərlə diqqət çəkib."
İddialara görə, Cengiz piylənmə səbəbindən sərbəst hərəkət etməkdə çətinlik çəkir və yerimə qabiliyyətini müvəqqəti olaraq itirib. Xəstəxanadakı sözügedən görüntülərin təxminən üç həftə əvvəl lentə alındığı bildirilir.
Qeyd edək ki, Yasin Cengiz Biser King-in "Dom Dom Yes Yes" mahnısının sədaları altında etdiyi ritmik qarın rəqsi ilə qısa müddətdə qlobal şöhrət qazanıb.