Naməlum şəxs yola vintlər səpdi - 15 avtomobilə ziyan DƏYDİ

Almaniyada A9 magistral yolunun Allerberq və Hilpoltştayn şəhərləri arasındakı hissəsinə naməlum şəxs metal ucluqlar, özüyivli vintlər və digər metal əşyalar səpib. Nəticədə azı 15 avtomobilin təkərləri zədələnib.

Hadisə şənbə günü axşam Roth rayonunda baş verib. Bu barədə “Süddeutsche Zeitung” nəşri məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları əraziyə baxış zamanı yoldan 250 metal əşya toplayıblar. Əşyaların yola səpilmə formasına əsasən, avtomobillərdən birinin sərnişininin onları qəsdən yola atdığı ehtimal olunur.

Təkərləri zədələnən bəzi avtomobillərin evakuator vasitəsilə ərazidən aparılması lazım gəlib. Hadisəni törədən şəxsin kimliyi hələlik müəyyən edilməyib.