Beyləqan rayonunda ustanı elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə oktyabrın 31-də Mil qəsəbəsinin ərazisində qeydə alınıb.
Orada yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakin, 1999-cu il təvəllüdlü Rəhman Hacızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.
R.Hacızadə xəstəxanaya aparılarkən yolda ölüb.
Araşdırma aparılır.