Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Dəstək Mərkəzinin direktoru İsmayıl İsrafilov vəzifəsindən azad edilib.Bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb.Mərkəzə rəhbərlik vəzifəsinin müvəqqəti icrası isə Nazirliyin aparat rəhbərinin müavini Nihat Muxtarlıya həvalə olunub.Qeyd edək ki, İ.İsrafilov 2021-ci ildə o zaman əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışan Sahil Babayevin əmri ilə Mərkəzə direktor təyin olunmuşdu. O, daha əvvəl 2018-2021-ci illərdə isə Nazirliyin Tikilməkdə olan obyektlərin müdiriyyətinə direktor vəzifəsində çalışıb./Yurd.Media/