Bakı, 2 noyabr, AZƏRTAC Ortariskli ağciyər emboliyası olan xəstələr arasında aparılan yeni araşdırma mexaniki trombektomiyanın ölüm riskinin azalması ilə əlaqəli ola biləcəyini üzə çıxarıb. Bununla belə, tədqiqatçılar əldə olunan nəticələrin təsdiqlənməsi üçün daha genişmiqyaslı klinik sınaqların keçirilməsinin vacibliyini vurğulayırlar.AZƏRTAC xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının San Dieqo şəhərində keçirilən TCT 2026 konfransında təqdim edilən və “JSCAI” elmi jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, mexaniki trombektomiya yalnız antikoaqulyant preparatlarla müalicə ilə müqayisədə bəzi xəstələrdə daha əlverişli nəticələrlə əlaqələndirilir.Sistematik icmal və metaanaliz çərçivəsində ümumilikdə 4268 xəstəni əhatə edən 12 tədqiqatın nəticələri qiymətləndirilib. Onlardan 1878-i, yəni iştirakçıların 44 faizi mexaniki trombektomiya prosedurundan keçib.İlkin təhlil göstərib ki, mexaniki trombektomiya tətbiq olunan xəstələrdə 30 günlük, birillik və ikiillik ölüm göstəriciləri, eləcə də xroniki tromboembolik ağciyər hipertenziyası riski daha aşağı olub. Lakin yalnız ortariskli ağciyər emboliyası olan xəstələrin nəticələrinin nəzərə alındığı əlavə təhlildə 30 günlük ölüm göstəricisi baxımından iki müalicə üsulu arasında statistik əhəmiyyətli fərq müəyyən edilməyib. Bununla yanaşı, mexaniki trombektomiya qrupunda xroniki tromboembolik ağciyər hipertenziyası riskinin daha aşağı olması ilə bağlı nəticə öz əhəmiyyətini qoruyub.Tədqiqatın müəllifləri əldə edilən nəticələri ümidverici hesab edirlər, lakin onların ehtiyatla qiymətləndirilməli olduğunu bildirirlər. Belə ki, təhlilə daxil edilən tədqiqatların əksəriyyəti müşahidə xarakteri daşıyır. Bu səbəbdən mexaniki trombektomiyanın ölüm riskini birbaşa azaltdığını qəti şəkildə söyləmək hələ mümkün deyil.Tədqiqatın müəllifi, Mayo Klinikasının dosenti, kardiologiya üzrə mütəxəssis Mahmud İsmayıl bildirib ki, əlavə klinik sınaqlar mexaniki trombektomiyadan hansı xəstələrin daha çox fayda görə biləcəyini müəyyənləşdirməyə imkan verəcək.Qeyd edək ki, mexaniki trombektomiya qan damarlarında yaranmış laxtanın xüsusi tibbi cihazlar vasitəsilə fiziki olaraq çıxarılması prosedurudur. Ağciyər emboliyası isə qan laxtasının ağciyər arteriyasını və ya onun şaxələrini tutması nəticəsində yaranan, həyati təhlükə daşıya bilən vəziyyətdir. Antikoaqulyant preparatlar qanın laxtalanmasının qarşısını almağa və mövcud laxtanın böyümə riskini azaltmağa xidmət edir.Mütəxəssislərin fikrincə, yeni tədqiqat ağciyər emboliyasının müalicəsində müdaxilə üsullarının potensialını qiymətləndirmək baxımından əhəmiyyətlidir. Bununla belə, mexaniki trombektomiyanın ortariskli xəstələr üçün standart müalicə yanaşmasına çevrilməsi məsələsi əlavə elmi sübutlar tələb edir. Müxbir - Günel Türksoy
Bu gün
246 xəbər bu gün
Сегодня звезды гороскопа едва ли позволят вам следовать заранее запланированному графику - день не склоняет к рутинным занятиям. Обычные дела будут даваться с трудом, зато на фоне расслабленности могут возникать…
ABŞ və İran arasında mümkün danışıqların gündəliyini Tehranın daha əvvəl irəli sürdüyü yeddi günlük planın şərtləri təşkil edir. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi…
Türkiyənin Manisa şəhərinin Köprübaşı rayonunda xəstə daşıyan təcili tibbi yardım maşını ilə traktorun toqquşması nəticəsində 6 nəfər yaralanıb. "TRT Haber"ə istinadən, əraziyə tibb, yanğınsöndürmə və jandarm qrupları…
Sankt-Peterburq sakini şəxsiyyətin müəyyən edilməsindəki səhvə görə iki il rəsmən ölü sayılıb. İndi o, sağ olduğunu və hüquqlarını bərpa etməyi məhkəmə yolu ilə sübut etməlidir.
Təbii və emal olunmamış məhsullara marağın artması çiy südün istehlakını da yenidən gündəmə gətirib. Lakin mütəxəssislər südün pasterizə edilmədən içilməsinin ciddi sağlamlıq riskləri yarada biləcəyini bildirirlər.
Çinin "CAS Space" şirkəti "SpaceSail" rabitə peyklərinin 21-ci qrupunu uğurla orbitə çıxarıb. "Sinxua" agentliyinə istinadən, buraxılış noyabrın 3-də Bakı vaxtı ilə saat 04:15-də Çinin şimal-qərbindəki Szyutsüan…
Bakı, 3 noyabr, AZƏRTAC Efiopiyanın şimalında davam edən döyüşlər regionun səhiyyə sistemini çökmə həddinə çatdırıb.AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom…
Oman sahillərində hərəkət edən bir gəmi naməlum mərmi zərbəsinə məruz qalıb
İsrail ordusunun noyabrın 2-də Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 15 nəfər həlak olub, daha 38 nəfər yaralanıb
Şimali Koreya strateji kruiz raketi üçün kasetli döyüş başlığını sınaqdan keçirib. Hazırlayanların iddiasına görə, raket 6 hektaradək ərazidə yerləşən hədəfləri məhv etmək qabiliyyətinə…
Psixoloqlar uşaqlara kiçik yaşlardan öz fikirlərini ifadə etməyi və istəmədikləri təkliflərə "yox" deməyi öyrətməyi tövsiyə edirlər. Mütəxəssislərin fikrincə, bəzi uşaqlar başqalarını incitməkdən və ya onların narazılığı…
Azərbaycanın zəngin təbiətinin nadir canlılarından olan ceyranlar ölkəmizin təbii sərvətlərindən biridir. Sürəti, zərifliyi və səhralıq ərazilərə uyğunlaşma qabiliyyəti ilə seçilən bu heyvanlar uzun illər ərzində…
ABŞ hərbçiləri Hörmüz boğazında yerləşən İranın Qeşm adasına zərbə endirib. "The Wall Street Journal"a (WSJ) istinadən, bunu nəşrə Amerika rəsmiləri açıqlayıblar. Onların sözlərinə görə, son bir neçə həftə ərzində ABŞ…
Hamiləlik qadın həyatının ən həssas və məsuliyyətli dövrlərindən biridir. Bu mərhələnin sağlam və təhlükəsiz keçməsi üçün hamiləliyin əvvəlcədən planlaşdırılması, mütəmadi tibbi müayinələrdən keçilməsi, düzgün qidalanma…
Экспериментальная вакцина против рака поджелудочной железы вызвала иммунный ответ почти у 99 процентов пациентов, прошедших лечение. К такому выводу пришли ученые под руководством специалистов клиники Майо, результаты…
2026-cı ilin noyabr ayı bəzi bürclər üçün yeni imkanlar, xoş tanışlıqlar və mühüm dəyişikliklərlə yadda qala bilər. Astroloqlar payızın son ayında ən çox bəxti gətirəcək bürcləri açıqlayıblar. Taroloq və ekstrasens…
FIFA UEFA-nın tələbindən sonra qalmaqala səbəb olan “FIFA Forward Enterprise” layihəsi ilə bağlı əsas sənədləri Şura üzvlərinin nəzərdən keçirməsinə razılıq verib. Bu barədə FIFA-nın baş…
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası…
Bu həftə amerikalı müzakirəçilər Brüsseldə Böyük Britaniya, Almaniya, Fransa, Avropa İttifaqı (Aİ) və NATO nümayəndələri ilə Ukrayna üçün təhlükəsizlik zəmanətləri və Avropanın müharibədən sonrakı quruluşuna dair…
İranın cənubunda yerləşən Qəşm adasında beş partlayış səsinin eşidildiyi bildirilir
ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqlar 10-11 noyabr tarixləri arasında Əbu-Dabidə keçiriləcək
İtaliyanın Siciliya adasında bir neçə supermarket haker hücumu nəticəsində soyuducu sistemlərinin əriməsi ilə üzləşib. Hadisə ilə bağlı ən azı üçü Kataniyada, biri isə Palermoda yerləşən…
Vaşinqton, 3 noyabr, AZƏRTAC ABŞ noyabrın 10–11-də Əbu-Dabidə Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə ikinci yüksəksəviyyəli üçtərəfli görüş təşkil edəcək.AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ rəsmisi məlumat…
Çində BYD şirkətinin istehsalı olan "Yangwang U9 Xtreme" superkarı qəzaya düşüb.
Türkiyəli aktyor Alp Navruz ilk dəfə teatr səhnəsində tamaşaçı qarşısına çıxacaq.
Çips yeməyə qarşı güclü istək hər zaman aclıqla bağlı olmur. Həkim-qastroenteroloq Olqa Çistikin sözlərinə görə, bəzi hallarda insanlar aclıqdan deyil, emosional rahatlıq və həzz axtarışından dolayı duzlu, yağlı və şirin…
İranın Hörmüz boğazında yerləşən Qeşm adasında azı beş partlayış səsi eşidilib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus iki kəşfiyyat pilotsuz uçuş aparatının ələ…
Dietoloqlar bəzi insanlarda nahardan sonra yuxululuğun yaranmasının səbəblərini izah ediblər. Mütəxəssislər yuxululuğun əsas səbəbinin karbohidratlarla zəngin qidalar olması barədə geniş yayılmış fikri təkzib ediblər…
Bakı, 3 noyabr, AZƏRTAC Yeniyetmələr arasında ikinci Olimpiya çempionumuzun Vətənə qayıtması çox sevindirici haldır. Yarışdan əvvəl də İbrahim Talıbovun qızıl medal qazanacağını gözləyirdik. Nəhayət, idmançımız verdiyi…
Amerikalı müğənni Britni Spirs şəxsi bloqunda bacısı Ceymi Linn və sabiq əri Kevin Federlayna qarşı sərt ittihamlar irəli sürərək, ailəsində onunla qul kimi rəftar edildiyini bildirib.
İspaniya Sequnda Liqasında keçirilən “Tenerife” - “Andorra” matçı futbolçunun ağır zədə alması səbəbindən yarımçıq dayandırılıb. Görüşün əlavə vaxtında “Tenerife”nin hücumçusu Xesus de Migel rəqib qapıçı Xesus Ovononun…
Rusiya, ABŞ və Ukrayna arasında işçi qrupları səviyyəsində üçtərəfli danışıqlar 10–11 noyabr tarixlərində Əbu-Dabidə (BƏƏ) keçiriləcək. Bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff "X" sosial…