“Telefon çıxaranın Allah evin yıxsın”.
Bu sözləri müğənni, Əməkdar artist Yusif Mustafayev “İncəSəhər” verilişində deyib.
Sənətçi sosial şəbəkələrdən gileylənib:
“Telefon çıxaranın Allah evin yıxsın. Telefon məhv etdi bizi. Telefon olar e, amma bu təzə çıxan “TikTok”, nə bilim, o birisi, bu birisi…
Adam yolla getdiyi yerdə istər-istəməz yerişini dəyişir ki, ay Allah, birdən nəsə olar, çəkərlər. Bir də görürsən 10 nəfər adam çəkir. Onu saxladırsan, görürsən böyürdən o biri, o yandan çəkir”.