“Bank Respublika” və “AccessBank”ın İdarə heyətlərinin rəhbərliyində dəyişiklik olub.
Səhmdarların qərarı ilə “AccessBank”ın İdarə Heyətinin sədri David Tsiklauri bankdan ayrılıb. Onu bu vəzifədə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov əvəzləyib.
“Bank Respublika”nın İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq sədr müavini Aslan Abbasova həvalə edilib.
Qeyd edək ki, “Bank Respublika” tərəfindən “AccessBank”ın səhmlərinin 100%-nin alınması üzrə sövdələşmə tamamlanıb. Əqdin şərtlərinə əsasən, “AccessBank”ın əvvəlki səhmdarları “Bank Respublika”nın nizamnamə kapitalının 25%-ni təşkil edən yeni imtiyazlı səhmləri əldə edirlər. Bankların ilkin mərhələdə ayrı-ayrılıqda fəaliyyət göstərməsi, sonradan isə müvafiq tənzimləyici tələblərə uyğun birləşdirilməsi nəzərdə tutulur.
APA