Bakı, 2 noyabr, AZƏRTAC Vətən uğrunda gedən döyüşlərdə iştirak edənlərdən, torpaqlarımızın azadlığı üçün mübarizə aparanlardan biri də Qusar rayon sakini Rəcbər İsrafilovdur. AZƏRTAC xəbər verir ki, 25 yaşlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyindən yararlanaraq kiçik biznesini qurub, zəhməti ilə ailəsinin dolanışığına töhfə verir.Rəcəb İsrafilov ötən ilin fevral ayında Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunub. Proqram çərçivəsində ona dönərxana açmaq üçün zəruri avadanlıqlar təqdim edilib. Beləliklə, gənc müharibə iştirakçısı kiçik sahibkarlıq fəaliyyətinə başlayaraq, qazanc mənbəyi əldə edib.Hazırda Qusar rayonunda, xəstəxanalardan birinin yaxınlığında fəaliyyət göstərən dönərxanada əsasən toyuq dönəri hazırlanır. Ərazinin gediş-gəliş baxımından əlverişli olması da müştəri sayına müsbət təsir göstərir. Xəstəxanaya müraciət edən və yaxınlıqdan keçən sakinlər onun əsas müştəriləri sırasındadır. Rəcbər İsrafilov fəaliyyətindən və qazancından razıdır. O bildirir ki, işindən əldə olunan gəlir gündəlik dolanışığını təmin etməyə imkan verir: “Öz əməyinlə qazanc əldə etmək, müstəqil fəaliyyət göstərmək insana həm maddi, həm də mənəvi baxımdan stimul verir”.Qeyd edək ki, Rəcbər İsrafilov Vətən müharibəsində sonadək iştirak edib. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində aparılan döyüşlərə qatılan gənc müxtəlif medallarla təltif olunub. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medallarına layiq görülüb.Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı son məlumata əsasən, tarixi Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonrakı dövrdə nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərib. Onlardan 13 min 700 şəxs özünüməşğulluq proqramına cəlb edilərək, agentlik tərəfindən mal və materiallar formasında aktivlərlə təmin olunub və verilmiş aktivlər hesabına kiçik bizneslərini qurublar. Digərləri münasib işlərlə təmin edilib, habelə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunublar. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı həyata keçirilib. Müxbir - Günel Türksoy
Bu gün
279 xəbər bu gün
Beyləqan rayonunda 19 yaşlı gənc 15 yaşlı qıza qarşı cinsi zorakılıq edib.
Мы ведём переговоры с Ираном, и всё идёт хорошо. Однако проблема в том, что они пытаются затянуть процесс. Как передает Day.Az, об этом заявил Президент США Дональд Трамп в интервью Axios. Он также подчеркнул, что не…
Meksikanın Hidalqo ştatının Paçuka şəhərində təyyarə qəzası baş verib. XB-AZG qeydiyyat nömrəli kiçik mülki təyyarə 18-ci Hərbi Bölgənin yaxınlığında, El Tezontle məhəlləsinə düşüb. Hadisə nəticəsində təyyarədə olan iki…
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata xərclənmiş 30 milyard dolları "cüzi məbləğ" adlandıraraq, Vaşinqtonun Venesueladan daha çox vəsait əldə etdiyini bildirib. Bu barədə Amerika lideri "Fox News"…
Bakı, 3 noyabr, AZƏRTAC Avropa İttifaqı Böyük Britaniyanın quruma yenidən qoşulmaq istəyi ilə bağlı avro və Şengen zonasına üzvlük məsələlərində çevik yanaşma nümayiş etdirə bilər.AZƏRTAC xəbər verir ki, bu barədə…
Иран может нанести удары по американским военным базам и другим объектам в Европе, если Президент США Дональд Трамп начнёт новые военные операции против страны. Как передает Day.Az со ссылкой на газету The Times, среди…
Bavariya və Almaniya yığmasının bombardiri Gerd Müllerin rekordlarla dolu karyerası, çətin günləri və Alzheymer xəstəliyi ilə mübarizəsi.
ABŞ hərbi bazalarına
Rusiya, ABŞ və Ukrayna arasında işçi qrupları səviyyəsində üçtərəfli danışıqlar noyabrın 10–11-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək. Bu barədə ABŞ Prezidenti…
Bakı, 3 noyabr, AZƏRTAC ABŞ qüvvələri Hörmüz boğazında yerləşən İranın Qeşm adasına hava zərbələri endirib.AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.Nəşrin…
Alimlərin araşdırmasına görə, bəzi paket çaylar isti su ilə təmas zamanı içkiyə minlərlə mikroplastik hissəcik buraxa bilər. Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universitetinin tədqiqatçıları bir çay paketindən 2500-ə qədər…
ABŞ-a məxsus hərbi təyyarə özünümüdafiə məqsədilə zərbə endirərək İranın Qəşm adasında yerləşən raket buraxılış qurğusunu məhv edib
Çinin "CAS Space" şirkəti "SpaceSail" rabitə peyklərinin 21-ci qrupunu uğurla orbitə çıxarıb. Buraxılış noyabrın 3-də Bakı vaxtı ilə saat 04:15-də Çinin şimal-qərbində yerləşən Szyutsüan…
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Bayramov vəfat edib. O, noyabrın 2-də səhər saatlarında dünyasını dəyişib.Qeyd edək ki, Qurban Bayramov Azərbaycan Dövlət Televiziyasında…
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ təyyarəsinə raket atdıqdan sonra Amerika qırıcısı İranın Qeşm adasındakı zenit raketlərinin buraxılış qurğusunu məhv edib. Bu barədə "Axios"un jurnalisti…
Çində qeyri-adi tendensiya populyarlaşır. Analar ev işlərindən və gündəlik qayğılardan bir neçə saatlıq uzaqlaşaraq rahat yatmaq və tək qalmaq üçün hotel otaqları bron etməyə başlayıblar.
Astrologiyaya görə, bəzi bürclər sadiqlikləri, qayğıkeşlikləri və etibarlı xarakterləri ilə ömürlük dostluq qurmağa daha meyilli hesab olunur. Onlar çətin gündə dostlarının yanında olmağı, problemlərinə şərik çıxmağı və…
Bərdə rayonunda bir neçə gün əvvəl baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan İlkin və Elbrus adlı dostların fotoları yayılıb. Oxu.az-a istinadən, hadisə Bərdə rayonu ərazisində qeydə alınıb. Belə ki…
Bakı, 3 noyabr, AZƏRTAC ABŞ administrasiyası İranla mümkün razılaşmanın əldə olunması üçün konkret vaxt çərçivəsi müəyyən etməyib.AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens jurnalistlərə…
Сегодня звезды гороскопа едва ли позволят вам следовать заранее запланированному графику - день не склоняет к рутинным занятиям. Обычные дела будут даваться с трудом, зато на фоне расслабленности могут возникать…
ABŞ və İran arasında mümkün danışıqların gündəliyini Tehranın daha əvvəl irəli sürdüyü yeddi günlük planın şərtləri təşkil edir. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi…
Türkiyənin Manisa şəhərinin Köprübaşı rayonunda xəstə daşıyan təcili tibbi yardım maşını ilə traktorun toqquşması nəticəsində 6 nəfər yaralanıb. "TRT Haber"ə istinadən, əraziyə tibb, yanğınsöndürmə və jandarm qrupları…
Sankt-Peterburq sakini şəxsiyyətin müəyyən edilməsindəki səhvə görə iki il rəsmən ölü sayılıb. İndi o, sağ olduğunu və hüquqlarını bərpa etməyi məhkəmə yolu ilə sübut etməlidir.
Təbii və emal olunmamış məhsullara marağın artması çiy südün istehlakını da yenidən gündəmə gətirib. Lakin mütəxəssislər südün pasterizə edilmədən içilməsinin ciddi sağlamlıq riskləri yarada biləcəyini bildirirlər.
Çinin "CAS Space" şirkəti "SpaceSail" rabitə peyklərinin 21-ci qrupunu uğurla orbitə çıxarıb. "Sinxua" agentliyinə istinadən, buraxılış noyabrın 3-də Bakı vaxtı ilə saat 04:15-də Çinin şimal-qərbindəki Szyutsüan…
Bakı, 3 noyabr, AZƏRTAC Efiopiyanın şimalında davam edən döyüşlər regionun səhiyyə sistemini çökmə həddinə çatdırıb.AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom…
Oman sahillərində hərəkət edən bir gəmi naməlum mərmi zərbəsinə məruz qalıb
İsrail ordusunun noyabrın 2-də Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 15 nəfər həlak olub, daha 38 nəfər yaralanıb
Şimali Koreya strateji kruiz raketi üçün kasetli döyüş başlığını sınaqdan keçirib. Hazırlayanların iddiasına görə, raket 6 hektaradək ərazidə yerləşən hədəfləri məhv etmək qabiliyyətinə…