Bakı, 3 noyabr, AZƏRTAC Avropa İttifaqı Böyük Britaniyanın quruma yenidən qoşulmaq istəyi ilə bağlı avro və Şengen zonasına üzvlük məsələlərində çevik yanaşma nümayiş etdirə bilər.AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri Brüsseldəki anonim mənbələrə istinadla məlumat yayıb.Nəşrin məlumatına görə, Londonun Aİ-yə qayıtması halında vahid valyutaya və Şengen zonasına qoşulması mütləq şərt olmaya bilər.Bildirilib ki, bu yanaşma Britaniyanın ittifaqa yenidən üzvlük imkanlarını artıra bilər. Bununla belə, Aİ nümayəndələri mümkün qayıdışla bağlı rəsmi mövqenin müzakirəsi üçün hələ tez olduğunu qeyd ediblər.“Politico”nun istinad etdiyi “YouGov” sorğusuna əsasən, britaniyalıların 55 faizi “Brexit”in ləğvini, 34 faizi isə Aİ-dən kənarda qalmağı dəstəkləyir. avro və Şengen zonasına qoşulmaq məcburi şərt olduqda isə Aİ-yə qayıdışın tərəfdarlarının sayı 35 faizə düşür, əleyhdarların sayı 43 faizə yüksəlir.