Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, tankerlər Hörmüz boğazında İran tərəfindən icazə verilməyən marşrutla hərəkət edərkən minalara düşüblər.
SEPAH-ın açıqlamasına görə, gəmilərdən biri supertanker sinfinə aiddir və partlayış nəticəsində yanğın baş verib.
Hadisə nəticəsində xəsarət alanlar və gəmilərə dəyən ziyanın miqyası barədə hələlik məlumat verilməyib.