Bakı, 2 noyabr, AZƏRTAC ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində biznes təyyarəsinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi məlumat verib. O bildirib ki, “Learjet 60” tipli təyyarədə olanların heç biri sağ qalmayıb.Nazirin sözlərinə görə, təyyarə Texas ştatının Ostin şəhərindən havaya qalxaraq Baham adalarına istiqamətlənib.Qəzanın səbəbləri araşdırılır. 01:12 ABŞ-nin Florida ştatında biznes təyyarəsinin qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub.AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Post” nəşri məlumat yayıb.Hadisə Palm-Biç dairəsinin Qrinakres şəhərində, yerli vaxtla saat 13:00 (Bakı vaxtı ilə 22:00) radələrində baş verib. Qəzanın dəqiq qurbanlarının sayı hələlik açıqlanmayıb.İlkin məlumata görə, “Learjet 60” tipli biznes təyyarəsi ağaca çırpıldıqdan sonra elektrik xətlərinə zərər vurub. Hadisə yerində böyük krater yaranıb və yanğın baş verib.Təyyarənin düşdüyü evdə olan şəxslərin xəsarət alıb-almadığı barədə məlumat yoxdur.