Həyətə soxulan çaqqal 51 yaşlı qadını dişləyib...
Hadisə Şəkinin İnçə kəndində baş verib.
Günorta saatlarında həyətə daxil olan çaqqal ev sahibi, 51 yaşlı Könül Abdurəhmanovaya hücum edərək onu sol ayaq nahiyəsindən dişləyib.
Zərərçəkənin ailə üzvləri deyirlər ki, bu, birinci hadisə deyil. Digər kəndlərdə də bənzər hadisə olub.
Yaxınlarının köməyilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə çatdırılan qadına tibbi yardım göstərilib, ayaq nahiyəsinə tikiş qoyulub. Ona quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb. Hazırda həkim nəzarətindədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.