“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli “Formula-1” üzrə dünya çempionları arasında yaş rekorduna imza atıb.
Bu barədə açıq təkərli avtomobillərlə dairəvi yarışlar üzrə dünya çempionatının rəsmi portalı məlumat yayıb.
Bildirilib ki, o, ilk titulunu 20 yaş 69 günlük olarkən qazanıb.
Əvvəlki rekord almaniyalı pilot Sebastyan Fettelə məxsus idi. O, 23 yaş 134 günlük olarkən çempion titulunu qazanmışdı. Bu rekord 2010-cu ildən bəri qüvvədə idi. Antonelli “Formula-1” çempionatında ilk dəfə Meksika Qran-prisinin nəticələrinə əsasən qalib olub.
Bundan əvvəl məlum olub ki, “Formula-1” çempionatının 2027-ci il mövsümündə Qran-pri mərhələlərində yarış məsafəsi 15 kilometr azaldılacaq. Bu qərar bazar ertəsi “Formula-1” komissiyasının və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) nümayəndələrinin birgə iclasında təsdiqlənib.
Beləliklə, yarışın ümumi məsafəsi əvvəlki 305 kilometr əvəzinə 290 kilometr olacaq. Bu, konkret avtodromun xüsusiyyətlərindən asılı olaraq məsafənin iki-üç dövrə azaldılması deməkdir. Bu tədbir güc qurğularının yanacaq sərfiyyatının artmasını nəzərdə tutan yenilənmiş texniki reqlamentlə əlaqədardır.