ABŞ-da dəhşətli təyyarə qəzası: 9 nəfər öldü - Video

ABŞ-ın Florida ştatının Palm-Biç dairəsində təyyarə yol kənarına çırpılıb.

Bu barədə “Boca Nyus” portalı məlumat yayıb.

Təyyarənin modeli məlum deyil, xəsarət alanlar barədə informasiya yoxdur.

***

Qəzaya uğrayan “Learjet 60” biznes-jetinin göyərtəsində 9 nəfər olub. Onların hamısı həlak olub.

Bu barədə ABŞ-ın nəqliyyat naziri Şon Daffi deyib.