Rusiyada təyyarə qəzaya uğradı:

Rusiyanın Tver vilayətində kustar üsulla hazırlanmış uçuş aparatının qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.

Bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsinin 2-ci hissəsi (hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması) üzrə cinayət işi başlanılıb.

Hazırda qəzanın başvermə səbəbləri və şəraiti araşdırılır.