Rusiya FHN-nin mobil tətbiqi sındırıldı

Rusiya Fövqəladə Hallar Nazirliyinin mobil tətbiqi genişmiqyaslı kiberhücuma məruz qalıb.

Publika.az xəbər verirki, bu barədə qurum məlumat yayıb.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin mobil tətbiqi genişmiqyaslı kiberhücuma məruz qalıb. Nəticədə hücum edənlər əhaliyə saxta məlumatlar göndərə biliblər”, – deyə bəyanatda bildirilib.

Nazirlik qeyd edib ki, hazırda boşluğun aradan qaldırılması və tətbiqin normal fəaliyyətinin bərpası istiqamətində işlər aparılır.

“Diqqət, xəbərlər” Telegram kanalının məlumatına görə, saat 02:45 radələrində Rusiyanın Fövqəladə Hallar Nazirliyinin və Fövqəladə Hallar üzrə Rusiya Sisteminin kanallarında, eləcə də nazirliyin tətbiqində və regional əməliyyat qərargahlarının kanallarında eyni vaxtda Rusiyaya nüvə başlıqlarının buraxılması barədə saxta məlumatlar yayılıb.

Bundan əvvəl Ukraynada hava hücumu xəbərdarlıqlarını izləmək üçün nəzərdə tutulan tətbiq sındırılıb. Respublikanın Hərbi Hava Qüvvələri bu məlumatı təsdiqləyib. Hücuma görə məsuliyyəti “Hitcore” qrupunun rusiyalı hakerləri öz üzərinə götürüblər. Onlar administratora qızın açıq-saçıq fotosu adı altında viruslu fayl göndərdiklərini bildiriblər.