Çexiyada təyyarə qəzası: pilot həlak oldu

Çexiyada kiçik təyyarə qəzaya uğrayıb.

Bu barədə ölkə mediası məlumat yayıb.

Qəza nəticəsində pilot həlak olub.

İlkin məlumatlara görə, pilot əlverişsiz hava şəraiti səbəbindən təyyarənin idarəetməsini itirib.

Qəzanın dəqiq səbəbi mütəxəssislər və polis nümayəndələrindən ibarət komissiya tərəfindən müəyyən ediləcək.