Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil tətbiqinə kütləvi kiberhücum nəticəsində əhaliyə təhlükə barədə saxta məlumatlar göndərilib.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tətbiqdəki boşluqların aradan qaldırılması və onun normal fəaliyyətinin bərpası istiqamətində işlərə başlanılıb.