İsveçrənin Sürix şəhərində solçu radikalların iğtişaşları başlayıb.
Bu barədə “20 Minuten” qəzeti məlumat yayıb.
Bildirilib ki, hazırda küçələrdə barrikadalar yanır, hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir, polislə toqquşmalar baş verir. Etirazçılar xəsarət almış yeniyetməyə kömək etməyə çalışan hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum ediblər.
Qəzetin məlumatına görə, ifrat solçu fəallar Qəzza zolağındakı müharibəyə, polisə və faşizmin yüksəlişinə etirazlarını bildirmək məqsədilə "Halloween" münasibətilə yürüş təşkil ediblər.
Bundan əvvəl Vyanada da gənclərin etirazları başlayıb. Aksiyaya müxtəlif solçu qrupların nümayəndələri toplaşıblar.