ABŞ-nin Alabama ştatının Birmingem şəhərindəki Legion Field stadionunun ərazisində baş verən silahlı insident nəticəsində bir neçə nəfər yaralanıb.
Bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Məlumata görə, atəş səsləri şənbə günü axşam saatlarında, stadionda keçirilən Amerika futbolu matçının başa çatmasından bir neçə saat sonra eşidilib.
Hadisənin digər təfərrüatları və yaralıların vəziyyəti barədə məlumat verilməyib.