Noyabrın 1-də Bolqarıstanda prezident və vitse-prezident seçkilərinin ikinci turu keçiriləcək.
Prezident postu uğrunda İliyana Yotova və Andrey Qyurov mübarizə aparacaqlar. Onların vitse-prezidentliyə namizədləri müvafiq olaraq Kiril Valçev və Georgi Kandevdir.
Səsvermə Bakı vaxtı ilə saat 09:00-da başlayacaq və 22:00-dək davam edəcək. Ölkə üzrə 12 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək. Təxminən 6,6 milyon vətəndaşın səsvermə hüququ var.
Xaricdə yaşayan və ya müvəqqəti səfərdə olan Bolqarıstan vətəndaşları üçün 60 ölkədə əlavə seçki məntəqələri açılacaq.
Bolqarıstan prezidenti ümumxalq səsverməsi yolu ilə beş il müddətinə seçilir və eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq bu vəzifəni tuta bilməz. Prezidentlə yanaşı vitse-prezident də seçilir.
Seçkilərin ikinci turunda səslərin sadə çoxluğunu qazanan namizəd qalib hesab olunacaq.