"Şamaxı" "Neftçi"ni, "Kəpəz" "İmişli"ni qəbul edir

Misli Premyer Liqasının X turunda bu gün daha 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Şamaxı” “Neftçi”ni qəbul edəcək.

Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq.

Günün digər oyununda isə “Kəpəz” “İmişli” ilə üz-üzə gələcək. Gəncə şəhər stadionunda baş tutacaq matçı Elçin Məsiyev idarə edəcək.

Qeyd edək ki, turun daha əvvəl keçirilən “Turan Tovuz” – “Sabah” matçında meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər. “Araz-Naxçıvan” “Zirə” ilə, “Qəbələ” isə “Qarabağ”la heç-heçə edib - 2:2, 0:0.

“Sumqayıt” – “Şəfa” qarşılaşması isə sabah, noyabrın 2-də baş tutacaq.

Azərbaycan Premyer Liqası

X tur

1 noyabr

15:00. “Şamaxı” – “Neftçi”

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev

VAR: Kamal Umudlu

AVAR: Vüsal Məmmədov

Şamaxı şəhər stadionu

17:30. “Kəpəz” – “İmişli”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov

VAR: Rəşad Əhmədov

AVAR: Kərim Zeynalov