Blogerlə bağlı ŞOK HADİSƏ: Gecə anasının evinə pəncərədən girib onu döydü – VİDEO

Sosial şəbəkələrdə xeyriyyəçilik fəaliyyəti və ehtiyacı olan insanlara yardım çağırışları ilə tanınan bloger Namiq Əzizlə bağlı qalmaqallı hadisə baş verib. Onun anasının yaşadığı evə daxil olaraq qadına fiziki zorakılıq göstərdiyi iddia olunur. Hadisə ilə bağlı görüntülər də yayılıb.

Editor.az-ın “Bakupost”a istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabad rayonunda qeydə alınıb.

Məlumata əsasən, əsl adı Namiq Kəlbiyev olan şəxs Bakıdan Cəlilabada gedərək anasının yaşadığı mənzilə pəncərədən daxil olub. Daha sonra qadına hücum edərək onu döydüyü bildirilir. Həmin vaxt evdən qadının kömək çağırışları və qışqırıq səsləri eşidilib.

Hadisədən sonra Namiq Kəlbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun anasına qarşı bu addımı hansı səbəbdən atdığı hələlik açıqlanmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müvafiq polis orqanında araşdırma aparılır.