"Sea Breeze" yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkət "Sea Breeze" layihəsinin icra olunduğu ünvanda - Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolu, 32-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 10 000 manat, qanuni təmsilçi isə Şakir Mahmud oğlu Mustafayevdir.