Zəngilan, 2 noyabr, AZƏRTAC Müharibənin ağır sınaqları, doğma yurdun itirilməsi, illərlə davam edən məcburi köçkünlük həyatı... Bəxtiyar Əhmədov və həyat yoldaşı Nəzakət Cəfərquliyeva bütün bu çətinlikləri birlikdə yaşayıblar. Zəngilanın işğalı zamanı doğma evlərini tərk etmək məcburiyyətində qalan ailə uzun illər Bakıda yaşasa da, yurda qayıdış ümidini heç vaxt itirməyib. Övladlarını ata-baba torpaqlarına sevgi ilə böyüdən valideynlər 44 günlük Vətən müharibəsi zamanı oğullarının könüllü olaraq döyüşlərə yollanmasının da qürurunu yaşayıblar.Torpaqlarımızın azad olunması ilə illərin həsrəti sona çatıb, ailə yenidən doğma Zəngilana qovuşub. Bu gün Əhmədovlar ailəsi vaxtilə ayrılıq və həsrətlə xatırladıqları doğma yurdda yeni, xoşbəxt həyat yaşayır.AZƏRTAC-ın bölgə müxbiri Əhmədovlar ailəsinin qonağı olub.Bəxtiyar Əhmədov 1968-ci ildə Rəzdərə kəndində anadan olub, orta məktəbi həmin kənddə bitirib. Texniki peşə təhsilindən və hərbi xidmətdən sonra daxili işlər orqanlarında xidmət edib. “1992-ci ildə kənddə vəziyyət necə idi, ilk hücumları necə xatırlayırsınız?” – deyə soruşuram.- Vəziyyət qarışanda ermənilər kəndi aramsız artilleriya atəşinə tuturdular. Rəzdərə döyüş xəttinə çox yaxın idi. Elə həmin il də evimizi yandırdılar.- Eviniz yandıqdan sonra hara sığındınız?- Zəngilan şəhərinə köçdük. Mənə orada ev verdilər, bir müddət şəhərdə yaşamağa başladıq. Lakin təxminən bir il sonra Zəngilan rayonunun özü də işğal olundu. Məcbur qalıb Bakıya köçdük və orada məskunlaşdıq. O vaxt cəmi üç nəfərdən ibarət kiçik ailə idik. İndi isə, şükür Allaha, ailəmiz böyüyüb, nəvələrimiz də var. Bəxtiyar kişi keçmişin ağrılarını dilə gətirərkən bu gün qürurla yaşadığını da vurğulayır, mən isə susub onu dinləyirəm:- Bu günləri görmək bizə qismət oldu. Nə qədər ağır günlər yaşasaq da, Allaha şükür edirik. Allah Prezidentimizin canını sağ eləsin. O, bir möcüzə yaratdı. Başımızı hər millətin yanında uca etdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Atalarımız, analarımız illərlə doğma torpağa, ev-eşiklərinə qayıtmağı arzuladılar, amma çoxu bu günü görmədi. Əvvəlki evlərimizin yerində yalnız divar qalıqlarıdır. Demək olar ki, heç nə qalmayıb. O qədər dağıntı var ki, bəzən hansı evin kimə məxsus olduğunu belə müəyyənləşdirmək olmur. Bunları görmək insana çox ağır gəlir. İndi isə qayıtmışıq, yaşayırıq. Şükür Allaha, şəraitimiz çox gözəldir. Ən böyük sevincimiz odur ki, artıq doğma yurdumuzdayıq. Vaxtilə burada yaşadığımız günlərə qayıtmağı ümid ilə gözləyirdik. Bəzən ümidimiz qırılırdı: "Görəsən, nə vaxt qayıdacağıq?" - deyə öz-özümüzə düşünürdük. Əsas odur ki, səbir etdik, gözlədik və bu günlərə çatdıq.Zəngilana köçdükləri ilk aylardan söz açan ailə başçısı bildirir ki, cari ilin may ayında doğma şəhərə qayıdıblar və artıq altı aydır burada yaşayırlar. “Bəs, Zəngilanın azad olunması xəbərini necə qarşıladınız?”, - deyə soruşduqda Bəxtiyar kişi o günləri sevinclə yada salır:- Ətraf kəndlərin azad olunması xəbərlərini eşitdikcə həyəcanımız artırdı. Bir-birimizdən soruşurduq: "Görəsən, Rəzdərə nə vaxt azad olunacaq? Kolluqışlaq nə vaxt azad ediləcək?" Kəndimiz bir qədər aralıda yerləşdiyi üçün xəbəri səbirsizliklə gözləyirdik. Yadımdadır, qızımla birlikdə oturmuşduq. Prezident bildirdi ki, Zəngilan şəhəri və ətraf kəndlər işğaldan azad olunub. Həmin an göz yaşlarımı saxlaya bilmədim. Qızım yaxınlaşıb boynumu qucaqladı. “Ata, ağlama, gözümüz aydın olsun, torpaqlarımız qayıtdı!” - dedi. Bəxtiyar Əhmədovun həyat yoldaşı Nəzakət xanım isə bildirir ki, artıq ağrı-acılı günlər geridə qalıb. O, 1972-ci ildə Kolluqışlaq kəndində anadan olduğunu, 1991-ci ildə ailə həyatı quraraq Rəzdərə kəndinə gəlin köçdüyünü deyir. Həmin vaxt artıq bölgədə müharibə şəraitinin hökm sürdüyünü, ara-sıra atışmaların baş verdiyini və həyat yoldaşının da xidmətdə olaraq döyüşlərdə iştirak etdiyini xatırladır. Bildirir ki, 1992-ci ildən qarşıdurmalar daha da şiddətlənib və günlərin birində həyat yoldaşı yenicə işdən qayıdarkən kənd qəfil "Qrad" qurğularından və tanklardan güclü atəşə tutulub. Həyat yoldaşının vəziyyətin ciddiləşdiyini deməsi ilə birinci mərminin partlayış səsi eşidilib, ardınca atılan ikinci mərmi isə onların evinə düşüb. Həmin an böyük təşviş və qorxu yaşasa da, həyat yoldaşı onu sakitləşdirməyə və həyəcanını yatırmağa çalışıb. Çox keçmədən evdə güclü yanğın başlayıb və onlar ağır döyüşlərin içindən çətinliklə çıxaraq bir gecə dərədə sığındıqdan sonra Zəngilan şəhərinə təxliyə ediliblər.Nəzakət xanım 1993-cü ilin faciəli anlarını, Araz çayından necə keçmələrini belə dilə gətirir:- Şəhərdə cəmi bir il yaşaya bildik. 1993-cü ildə ermənilər artıq şəhərə yaxınlaşmışdılar. Yoldaşım yenə xidmətdə idi, mən isə altıaylıq körpəmlə tək qalmışdım, çölə çıxa bilmirdim. Qaynanam və yaxınlarımız gəlib bizi evdən güclə çıxardılar. Araz çayına çatanda dəhşətli mənzərə vardı. İnsanlar fəryad qopara-qopara çayı keçməyə çalışırdılar. Suya girəndə boyum balaca olduğu üçün dərinlikdə çətinlik çəkdim, boğulmağa başladım. Sahildən kimsə qışqırdı: - “Uşağı burax, at suya, özünü xilas elə!” Körpəmi sinəmə daha bərk sıxıb var gücümlə dedim: - “Yox! Necə olur-olsun, ya balamla birlikdə öləcəyik, ya da birlikdə xilas olacağıq!” Suda huşumu itirdim. Gözlərimi açanda özümü sahildə gördüm. Balamı soruşdum, şükür Allaha, o da sağ idi, xilas ola bilmişdik.Ailənin sonrakı taleyindən danışan Nəzakət xanım bildirir ki, əvvəlcə İmişliyə, daha sonra isə Bakıya üz tutublar. Döyüşlərdə olan həyat yoldaşının sağ qalıb-qalmadığını bilmədən 15 gün böyük nigaranlıq keçirdiklərini, nəhayət, onun sağ-salamat qayıdışı ilə ən böyük sevinclərini yaşadıqlarını xatırlayır.Məcburi köçkünlük dövrünün olduqca ağır keçdiyini qeyd edən Nəzakət xanım əvvəlcə vaqonda, ardınca isə doğma yurda qayıdana qədər köhnə kitabxana binasında yaşamaq məcburiyyətində qaldıqlarını diqqətə çatdırır. Vurğulayır ki, övladları Zəngilanı görməsələr belə, hər zaman doğma yurdun sevgisi və xatirələri ilə böyüyüblər. Nəhayət, 44 günlük Vətən müharibəsi başladıqda oğulları məhz ata-baba torpaqlarını azad etmək amalı ilə könüllü şəkildə cəbhəyə yollanıb. Yurda qayıdışın sevinci isə bütün çətinlikləri arxada qoyub:- Biz Zəngilandan çıxanda yoldaşım, körpə uşağım və qaynanamla dörd nəfər idik. İndi isə oğlumuz, gəlinimiz və nəvəmizlə böyük ailə olaraq qayıtmışıq. Qızım isə Ağdam gəlinidir, inşallah, o da tezliklə Qarabağa köçəcək. May ayında qayıtdıq. İlk dəfə Zəngilan Şəhəri Gününü doğma şəhərimizdə qarşıladıq. Hətta bacım da ailəsi ilə bu sevinci bizimlə bölüşməyə gəlmişdi. İndi növbəti tarix gözlənilir: Zəfər Gününə bir həftəyə yaxın qalıb. Ondan sonra Yeni il, Novruz, Qurban bayramları gəlir.– Ən çox Yeni ili gözləyirəm, – deyir Nəzakət xanım və pəncərəyə tərəf baxır. – Qışda Zəngilana həmişə gözəl qar yağardı. Ətraf ağ örpəyə bürünərdi.– Bu il də yağacaq?– Yağacaq, – deyə gülümsəyir. – İllər sonra ilk qarı doğma elimizdə görəcəyik.Bəxtiyar bəy qapının ağzında dayanıb küçəyə baxır. Vaxtilə yalnız xatirələrdə qalan küçə indi onun gözünün qarşısındadır. O, bu günləri illərdir gözləyirdi…Qapıdan çıxarkən Nəzakət xanım arxadan səslənir:– Yenə gəlin. Növbəti dəfə qarlı havada sizi gözləyəcəyik… Müxbir - Aydın Yavərzadə
Bu gün
3560 xəbər bu gün
Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətinin rəhbəri Xəyalə Mürsəl tutduğu vəzifədən azad olunub. O, son 9 ildə Azərbaycan Texnologiya Universitetinin Mətbuat xidmətinə rəhbərlik edib. Universitetdəki…
Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətinin rəhbəri Xəyalə Mürsəl tutduğu vəzifədən azad olunub. O, son 9 ildə Azərbaycan Texnologiya Universitetinin Mətbuat xidmətinə rəhbərlik edib. Universitetdəki…
Криптобиржа Binance покрыла 95% ущерба от взлома. Об этом площадка сообщила в социальной сети X, передает Day.Az со ссылкой на Gazeta.ru. "Binance покрыла примерно 95% затронутой суммы. Остальные 5% составляют токены…
Sabah Ağdaş, Yevlax və Mingəçevir Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində təmir işləri aparılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Ağdaşda 10 kV-luq bir sıra…
Cinayət prosesində fəaliyyət qabiliyyəti olmayan şəxslərə dəstək mexanizmlərinin yaradılması tövsiyə edilib.
Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Serbiyanın Belqrad şəhərində keçirilən "Serbia Open 2026" beynəlxalq turnirində 1 qızıl və 1 bürünc medal qazanıblar. Bu barədə Azərbaycan…
Sabah Bakının Yasamal, Səbail, Binəqədi və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb. Yasamalda…
Sabah Ağdaş, Yevlax və Mingəçevir Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində təmir işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Ağdaşda 10 kV-luq bir sıra hava xəttində görüləcək təmir…
Bakı, 2 noyabr, AZƏRTAC Nizami Kino Mərkəzində əfsanəvi partizan Mehdi Hüseynzadəyə (“Mixaylo”) həsr olunmuş “Onların Mehdisi, bizim Mixaylomuz” (“Njihov Mehdi, naš Mihajlo”) sənədli filminin premyerası keçirilib.AZƏRTAC…
Sabah Ağdaş, Yevlax və Mingəçevirdə elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Ağdaşda 10 kV-luq bir sıra hava…
Sabah Bakının Yasamal, Səbail, Binəqədi və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.
Rusiya qoşunları Ukraynanın Zaporojye vilayətinin Komışuvaхa qəsəbəsinə bir neçə aviazərbə endirib. Nəticədə 18 nəfər həlak olub, daha 5 nəfər yaralanıb. Ukrayna Prezidenti Volodimir Zelenski hadisə ilə bağlı…
Sumqayıt Bulvarında velosiped və skuterlərin təhlükəsiz və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolaqları təşkil edilib. Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında…
Rusiya Federasiyası İşgəncələrin və qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması haqqında Avropa Konvensiyasında iştirakını hüquqi olaraq dayandırıb. Avropa Şurasının rəsmi məlumatına görə…
Sabah Bakının Yasamal, Səbail, Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.Bu barədə "Azərişıq" ASC məlumat yayıb…
ABŞ-də bir dağda iki yürüşçü donaraq həlak olub. Bu haqda “The New York Post” məlumat yayıb.Belə ki, oktyabrın 30-da Koloradodan olan tələbələr “Ice Mountain” massivinə qalxmaq üçün yola düşüb və bundan sonra onlardan…
Qasım-Jomart Tokayev
Kşiştof Şçerski
Bu gün dünyanın müxtəlif ölkələrində minlərlə filialı olan Starbucks-ın hekayəsi 1971-ci ildə ABŞ-ın Sietl şəhərində kiçik bir mağazanın açılması ilə…
Rusiya ilə münaqişə nəticəsində 768 uşaq ukraynalı həlak olub. Bu barədə Ukrayna Ali Radası sədrinin müavini…
İranın ali rəhbəri Müctəba Xamenei hökumətə İran-ABŞ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün ABŞ ilə danışıqlar aparmaq səlahiyyətləri verib. Tribuna.az…
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 10 milyon manat həcmində yeni istiqraz buraxılışını həyata keçirəcək. Tribuna.az-ın əldə etdiyi məlumata görə, BFB-nin…
Qazaxıstanın qərbində – Atırauda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb. Apa-ya istinadən, bu barədə Qazaxıstan Milli…
Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan bəzi avtomobillər hərrac yolu ilə satışa çıxarılır.
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. Əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib…
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 2-də Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 35 kV-luq "Pirkəkə" hava xəttində…
Uzunömürlülüyün sirri hər gün ağır məşqlər etməkdə deyil, gündəlik həyatda daha çox hərəkət etməkdə ola bilər. Sfera.az xəbər verir ki, “mavi zonalar” kimi tanınan, insanların daha uzun yaşadığı bölgələri araşdıran…
Президент Украины Владимир Зеленский сообщил о гибели 18 человек и ранении еще пятерых в результате российских авиаударов по поселку Камышеваха Запорожской области, где под удар...
Yəməndəki “Ənsar Allah” hərəkatı Səudiyyə Ərəbistanının dərinliklərində pilotsuz uçuş aparatları ilə əməliyyat həyata keçirib. Bunu husilərin hərbi qanadının sözçüsü Yahya Səriyə açıqlayıb. O bildirib ki, son…
Hansı bina ki, qəzalıdır və istismar müddətini bitirib, onların sökülmə planı var. Hansı ki, köhnə binadır, onlarla bağlı əgər hər hansı bir müraciət varsa, yaxud vətəndaşların yaşayışı üçün təhlükə, risk varsa, texniki…
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi…
“Son 48 saat ərzində Səudiyyə Ərəbistanının Dammam və Cizan şəhərlərindəki hava limanlarına pilotsuz uçuş aparatları ilə hücum edilib” Bu barədə Yəməndəki husi hərbi qanadının sözçüsü Yəhya Səriyə “X” hesabında paylaşım…
İranın Sistan və Bəlucistan vilayətində terror aktının qarşısı alınıb. IRIB-yə istinadən, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qərargahı məlumat yayıb. "Dəqiq kəşfiyyat nəzarəti ilə…
"Özünün eyni soykökdən olan qonşusunun torpaqlarını işğal edən, dinc əhalisini soyqırımına məruz qoyan təcavüzkar bir dövlətin Türk dövlətlərinin təşkilatında nə işi var?!." Türk(!) Dövlətləri Təşkilatının (TDT) Ankarada…
Германия и Великобритания намерены вместе создать два вида ракет, которые смогут поражать цели на удалении свыше 2 тыс. км. Информацию об этом 2 ноября опубликовало Politico, сославшись на внутреннюю документацию…
Сообщается о проведении антикоррупционной операции в 12-м Территориальном главном управлении налогов Государственной налоговой службы в Гяндже. Как передает Day.Az со ссылкой на "Bakupost", операция была осуществлена…
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC xüsusi təyinatlı təhlükəsizlik ayaqqabılarının və poliuretan…
Azərbaycan 2025-ci ilin yekunlarına görə dünyada ən böyük təbii qaz ixracatçısı olan 10 ölkə sırasına daxildir. Bu barədə İtaliyanın “Eni” enerji şirkətinin hesabatında bildirilir. 2025-ci il dekabrın 31-nə olan məlumata…
Atırau-Samara magistral neft kəməri ilə neftin nəqli Samara istehsalat-dispetçer qovşağının obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumdan sonra müvəqqəti dayandırılıb. Bunu Qazaxıstan Energetika Nazirliyinin…
Sabah Bakının Yasamal, Səbail, Binəqədi və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb. Yasamalda…
Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə zərbə endirib, nəticədə 18 nəfər ölüb. Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin "Telegram" kanalında dərc olunmuş məlumatında bildirilib…
"Şəfa" komandasının baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının X turunda "Sumqayıt"la matçda əldə olunan 1 xala görə sevinclidir. Bunu 45 yaşlı mütəxəssisin özü sözügedən oyundan sonra təşkil olunan mətbuat…
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının Konqresdə idarəetməni ələ alması və onları təqib etməyə başlayacağı təqdirdə, sahibkar İlon Maskı və öz tərəfdarlarını əvvəlcədən əfv etməyə hazır olduğunu bildirib…