Bakı, 1 noyabr, AZƏRTAC Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında paylaşım edərək, Avropa ölkələrindəki iğtişaşlara diqqət yetirməyə çağırıb.AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, şəkildə əlində məşəl tutan bir kişinin ABŞ bayrağı ilə bəzədilmiş qapıdan içəri daxil olduğu görünür. Qapılarında "Norveç", "Böyük Britaniya", "İsveç" və "Fransa" yazılmış bitişik otaqlar ya artıq alov içindədir, ya da yanğından sonra tüstülənir. Məşəl tutan kişinin ayaqlarının altında üzərində "İslam" yazılmış xalça var. Şəklin yuxarı hissəsində isə "Oyan, Amerika!" yazılıb.Xatırladaq ki, ABŞ Prezidenti əvvəllər Avropa dövlətlərinin bir sıra qaydaları, xüsusən də immiqrasiya nəzarətini sərtləşdirməli olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Avropa tezliklə öz yolunu tapmalıdır, əks halda ABŞ-nin getməkdən başqa çarəsi qalmayacaq.