İran əhalisi hakimiyyətdən nə tələb edir?

İran əhalisinin təxminən 70 faizi İslam Respublikasının nüvə doktrinasının dəyişdirilməsini tələb edir.

IRIB-ə istinadla, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) katibi Möhsün Rezayi bildirib.

“İran xalqı ölkənin nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı tələblər irəli sürür. Bu doktrinanın dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır, lakin hələlik bu məsələ ilə bağlı yeni qərar qəbul edilməyib”, - deyə Rezayi qeyd edib.

Bundan əvvəl Rezayi İran və ABŞ arasında danışıqların yalnız Vaşinqtonun Tehranın yeddi şərtini qəbul edəcəyi təqdirdə keçiriləcəyini bəyan etmişdi.