Rusiyada ticarət mərkəzində güclü yanğın başladı, 65 nəfər təxliyə edildi - Video

Rusiyanın Leninqrad vilayətində Vsevolojsk şəhərindəki ticarət obyektlərindən birində yanğın baş verib.

Yanğın “Kotovo Pole” ticarət mərkəzində başlayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 2250 kvadratmetr ərazidə lokallaşdırılıb. Hadisə yerindən 20-si uşaq olmaqla, ümumilikdə 65 nəfər təxliyə edilib.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Yanğının başvermə səbəbi açıqlanmayıb.