Dövlət xidmətlərinin göstərilməsi zamanı qanunvericiliyin tələblərini pozan vəzifəli şəxslərə 250 manatdan 1050 manatadək, korrupsiya faktı barədə məlumat verən şəxslərə qarşı qisas məqsədilə qanunsuz tədbirlər görənlərə isə 3 min manatdan 5 min manatadək cərimə tətbiq ediləcək. Bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılıb.Layihəyə əsasən, dövlət xidmətlərinin göstərilməsi zamanı bir sıra tələblərin pozulmasına görə vəzifəli şəxslər barəsində inzibati məsuliyyət müəyyən edilir.Belə ki, dövlət xidmətlərinin göstərildiyi informasiya sistemlərində aparılan təkmilləşdirmə işləri barədə istifadəçilərin elektron qaydada məlumatlandırılmamasına görə 250-350 manat, xidmətlərin göstərilməsi qaydaları barədə məlumat verilməməsinə görə 350-450 manat cərimə nəzərdə tutulur.Elektron xidmətlər üzrə dövlət rüsumlarının və xidmət haqlarının elektron formada ödənilməsi imkanının təmin edilməməsinə görə 450-550 manat, istifadəçilərin müraciəti əsasında qanunla müəyyən edilmiş sənədlərin təqdim olunmamasına və ya zəruri informasiyanın verilməməsinə görə 550-650 manat cərimə tətbiq ediləcək.Bundan başqa, dövlət xidmətindən imtinanın və ya onun dayandırılmasının hüquqi əsasları, eləcə də şikayət etmək hüququ barədə məlumat verilməməsinə görə 650-750 manat, əlilliyi olan şəxslərin xidmətlərdən istifadəsi üçün şərait yaradılmamasına görə 750-850 manat cərimə müəyyənləşdirilir.Dövlət xidmətinin müvafiq elektron reyestrə daxil edilmədən göstərilməsinə görə 850-950 manat, xidmətlərin qanunvericiliyin tələblərinə uyğun göstərilməməsinə və ya nəticəsi barədə istifadəçilərin məlumatlandırılmamasına görə isə 950-1050 manat cərimə nəzərdə tutulur.Layihədə korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı inzibati məsuliyyətin sərtləşdirilməsi də təklif olunur. Belə ki, həmin şəxslərə məlumat verdiklərinə görə qisas almaq məqsədilə intizam tənbehi tətbiq edilməsi, əmək müqaviləsinə xitam verilməsi, vəzifədən azad olunması, başqa işə keçirilməsi, əməkhaqqından qanunsuz tutulmalar aparılması, eləcə də onların vəzifədə irəli çəkilməsinə və həvəsləndirilməsinə maneçilik törədilməsinə görə 3 min manatdan 5 min manatadək cərimə müəyyən ediləcək.Məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı da yeni inzibati məsuliyyət tədbirləri nəzərdə tutulur. Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməyən şəxsin bu fəaliyyətlə məşğul olmasına görə fiziki şəxslər 2 min manat, vəzifəli şəxslər 3 min manat məbləğində cərimə ediləcəklər.Məhkəmə ekspertinə təsir göstərilməsi və ya ekspertizanın aparılmasına mane olunmasına görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 900 manat cərimə ediləcəklər. Ekspertiza üçün zəruri etalon nümunələrinin və texniki məlumatların təqdim edilməməsinə görə də cərimələr müəyyənləşdirilir.Eyni zamanda, pulsuz hüquqi yardım göstərən şəxslərin bu yardımı əsassız olaraq göstərməkdən imtina etməsinə görə fiziki şəxslər 100-200 manat, vəzifəli şəxslər 200-300 manat, hüquqi şəxslər isə 300-400 manat məbləğində cərimə ediləcəklər. “Pro bono” hüquq xidmətləri göstərən şəxslər bu məsuliyyətdən istisna edilir.Qanun layihəsi ilə ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabatın vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər üçün 3 min manat, hüquqi şəxslər üçün 8 min manat cərimə nəzərdə tutulur. Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin rəsmi internet resursunda yerləşdirilməsi üçün aidiyyəti quruma təqdim edilməməsinə görə isə vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər 4 min manat cərimə ediləcəklər.Bununla yanaşı, telekommunikasiya operatoru və ya provayderi tərəfindən xidmətlərin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat cərimə ediləcəklər. Eyni xətanın inzibati tənbeh qərarı qüvvəyə mindikdən sonra bir il ərzində təkrar törədilməsinə görə cərimələr müvafiq olaraq 1000 və 2000 manat olacaq.Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər isə enerji təchizatı sahəsində bəzi cinayət tərkiblərinin terminologiyasının dəqiqləşdirilməsini, habelə məhkəmə aktı ilə müəyyən edilmiş öhdəliklərin hüquqi şəxs tərəfindən icra edilməməsinə görə cinayət-hüquqi tədbirlərin tətbiqi ilə bağlı müddəaların əlavə olunmasını nəzərdə tutur.Qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
Bu gün
225 xəbər bu gün
Artur Fridenreyxin karyerası, vurduğu qollar, qazandığı titullar və Braziliya futbolunda irqçiliyə qarşı mübarizəsi barədə məlumatlar.
Mercedes-Benz 500K - один из самых роскошных автомобилей 1930-х годов. Как передает Day.Az, соответствующие кадры автомобиля распространились в социальных сетях. Модель выпускалась с 1934 по 1936 год и оснащалась…
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Şimali Koreyanı Binance kriptovalyuta birjasına kiberhücum edərək 6,3 milyard dollar dəyərində rəqəmsal aktivləri oğurlamaqda ittiham edib. FTB-nin…
Noyabrın 1-nə gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı…
Bakı, 1 noyabr, AZƏRTACBir neçə günlük sakitlikdən sonra Albaniyanın paytaxtı Tirananın mərkəzində polislə hökumətin siyasətinə etiraz edən nümayişçilər arasında yenidən toqquşmalar baş verib.AZƏRTAC xarici mediaya…
Böyük Britaniya hakimiyyəti ölkənin silahlı qüvvələrində hərbi xidmətin könüllülük prinsipi əsasında davam etdirilməsinə qərar verib.
Bazarlarda soğanın qiyməti artıb. Paytaxt bazarlarında piştaxtalarda soğanın qiyməti 1 manata qədər yüksəlib. Satıcılar ötən ilin indiki dövrü ilə müqayisədə artımın olduğunu deyirlər. Topdan satış bazarlarında 1 kisə…
Fransada kütləvi etirazlar zamanı 422 nəfər saxlanılıb.
Çin dövlət televiziyası həftəsonu La Liqanın ilk iki oyununu yayımlamayıb. Buna səbəb həftənin əvvəlində İspaniya çempionatının yayımlarının dayandırılması barədə qərarın açıqlanması…
Машина для выдачи сдачи из прошлого века в США привлекла внимание пользователей сети. Как передает Day.Az, соответствующие кадры распространились в социальных сетях. Аппарат, оснащенный сотней кнопок, позволял получить…
Alimlərin araşdırmalarına görə, birinci qan qrupu (O(I)) bəzi ürək-damar xəstəlikləri, xüsusilə tromb yaranması və laxtalanma pozğunluqları baxımından daha əlverişli göstəricilərlə əlaqələndirilir. Bu qan qrupuna sahib…
Köln Universitetinin alimləri mülayim soyuğun ömrü uzada biləcəyini göstərən bioloji mexanizmi müəyyən ediblər.
Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda solçu dövlət başçısı Luis İnasio Lula da Silvaya məğlub olan sağçı namizəd Flavio Bolsonaronun ölkəni tərk etməsi böyük skandala yol açıb.
Polşanın Baş naziri Donald Tusk millətçi sağçı müxalifət nümayəndələrini “demokratiyanı və hüquqi dövləti məhv etmək” istəməkdə ittiham edib. O, bu barədə şənbə axşamı, ölkədə ciddi…
Günəşdəki tac dəliyinin təsiri ilə başlayan geomaqnit pozuntuları gözlənilmədən maqnit qasırğası səviyyəsinə çatıb.
Bakı, 1 noyabr, AZƏRTAC Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında paylaşım edərək, Avropa ölkələrindəki iğtişaşlara diqqət yetirməyə çağırıb.AZƏRTAC xarici mediaya istinadla…
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az-a istinadən, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci…
Ukraynada müharibə başa çatdıqdan sonra Avropa ilə Rusiya arasında konstruktiv münasibətlərin yeni çərçivəsi müəyyən edilməlidir
Finlandiyada işsizlik səviyyəsi yay aylarının yekunlarına görə 10.4 faizə çataraq Avropa İttifaqı (Aİ) ölkələri arasında ən yüksək göstərici olub.
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətlərinin keyfiyyət göstəricilərinə dair genişləndirilmiş aylıq təhlillərinin sentyabr buraxılışını təqdim edib. Agentlikdən Bizim.Media-ya…
Alimlər 2-ci tip diabetdən əziyyət çəkən insanların əzələlərində Miro1 zülalının yüksək səviyyədə olduğunu və bunun orqanizmin insulinə reaksiyasını zəiflədə biləcəyini müəyyən ediblər.
В Китае запустили серийное производство робота-кентавра. Как передает Day.Az, соответствующие видеозаписи распространились в социальных сетях. Китайская компания PHYMI представила робота-кентавра Sagi, оснащенного…
Bakı, 1 noyabr, AZƏRTAC Almaniyanın paytaxtı Berlində oktyabrın 31-də keçirilən etiraz aksiyaları zamanı 60-dan çox nümayişçi saxlanılıb. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Berlin polisinin X…
Bakı, 1 noyabr, AZƏRTAC “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalı çərçivəsində Müasir İncəsənət Muzeyində rəssam Anar Hüseynzadə ilə görüş keçirilib. Görüş rəssamın “O” adlı fərdi sərgisinə həsr…
Yəməndə husilər tərəfindən əsir saxlanılan BMT əməkdaşı Məhəmməd əş-Şami həyatını itirib. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk məlumat verib. Onun sözlərinə görə, BMT əməkdaşı 2024-cü il…