Tramp Qrenlandiyanı ABŞ hərbi bazası kimi göstərən süni intellekt fotosu paylaşıb

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın Amerika hərbi bazası kimi təsvir olunduğu süni intellektlə hazırlanmış görüntü paylaşıb.

Tramp görüntünü “Truth Social” sosial şəbəkəsindəki hesabında yayımlayıb.

“Qrenlandiyaya xoş gəlmisiniz”, – ABŞ Prezidenti paylaşımına qeyd edib.

Süni intellektlə hazırlanmış görüntüdə Qrenlandiya adasının yerində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin, anqarların, uçuş-enmə zolağının və Amerika bayrağının yerləşdiyi hərbi baza təsvir olunub.