Muradın komandası uduzdu

Kiprdə ölkə çempionatının 8-ci turunun oyunları keçirilib.

Murad Məmmədovun çıxış etdiyi “Pafos” səfərdə “Apollon”la qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Azərbaycanlı hücumçu 73-cü dəqiqədə meydana daxil olub.

13 xalı olan “Pafos” 5-ci pillədə qərarlaşıb.