Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər Bakı, 31 oktyabr, AZƏRTACOktyabrın 30-da Heydər Əliyev Mərkəzində “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalının rəsmi açılışı olub. AZƏRTAC xəbər verir ki, festivalın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər. Heydər Əliyev Mərkəzində “Art Weekend”in açılışı çərçivəsində bir neçə sərgi təqdim olunub.Açılışda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bu tədbirdə müxtəlif ölkələrdən olan tanınmış rəssamların iştirak etdiyini deyib: “Əlbəttə ki, bu, bir-birimizlə tanış olmaq, fikir mübadiləsi aparmaq baxımından gözəl fürsətdir. Qarşıdakı bir neçə gün ərzində siz təbiətin gözəlliyini, gücünü və əzəmətini əks etdirən çoxsaylı rəsm əsərləri, instalyasiyalar, heykəllər və performanslarla tanış olacaqsınız. 2012-ci ildə nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan növlərinin qorunması məqsədilə Qafqazın “Böyük beşliyi” təşəbbüsünü yaratmışıq". Bu təşəbbüsə qonur ayı, boz canavar, Qafqaz bəbiri, imperator qartalı və ceyranın daxil olduğunu vurğulayan Leyla Əliyeva bildirib ki, həmin vaxtdan yerli qurumlar və beynəlxalq təşkilatlarla birlikdə bu heyvan növlərinin mühafizəsi, onların yenidən təbii yaşayış mühitinə qaytarılması və areallarının genişləndirilməsi istiqamətində fəaliyyət göstəririk. Bu sahədə kifayət qədər uğurlu nəticələr əldə etmişik. Təbiəti anlamağın və sevməyin ən yaxşı yolunun onun qoynunda daha çox vaxt keçirmək olduğunu diqqətə çatdıran Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib: "Yalnız bu zaman onunla həqiqi bağlılıq hiss edə bilərik. Eyni zamanda, hər kəs hətta kiçik addımlarla böyük dəyişikliklərə töhfə verə biləcəyini unutmamalıdır. “Gələcəyi İNDİ duy” festivalının əhəmiyyəti bizim üçün məhz budur".Sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının təqdimatında milli rəqs nümunəsi nümayiş olunub."Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalında iştirak etmək üçün Azərbaycanın paytaxtına gələn beynəlxalq incəsənət nümayəndələri adından Leyla Əliyevaya təşəkkür edən incəsənət kuratoru Simon de Püri (Simon de Pury) deyib: "Hələ 2012-ci ildə Londonda Sizinlə görüşmək fürsətim olmuşdu. Həmin görüş zamanı Azərbaycan rəssamlarının beynəlxalq səviyyədə daha geniş tanıdılması, əsərlərinin dünya miqyasında nümayiş etdirilməsi, eyni zamanda, ən tanınmış beynəlxalq rəssamların əsərlərinin Azərbaycana gətirilməsi arzunuzu bölüşmüşdünüz. Məhz bu söhbətin nəticəsi olaraq “Fly to Baku” sərgisi təşkil edildi. Londonda böyük uğur qazanan sərgi daha sonra Paris, Moskva və dünyanın bir sıra digər şəhərlərində nümayiş olundu. 2016-cı ildə isə Heydər Əliyev Mərkəzində amerikalı rəssam Corc Kondonun əsərlərinə həsr olunmuş retrospektiv sərgi təşkil etdik. Bu möhtəşəm binada incəsənət və mədəniyyət ətrafında bir araya gəlmək xüsusi zövq verir. Mənim fikrimcə, Zaha Hadidin bu memarlıq əsəri onun ən möhtəşəm layihəsidir".Həmçinin açılış mərasimi çərçivəsində müəllifi və rejissoru Pərviz Məmmədrzayevin olduğu, vizual atmosferi isə Ləman Yusifli tərəfindən “Art Weekend” üçün yaradılan “Orionun sapı” immersiv teatr tamaşası təqdim edilib. Tamaşa xoreoqrafiya, musiqi və vizual hekayəçilik vasitəsilə insan və təbiət arasındakı kövrək münasibəti araşdıran poetik bir səyahəti təcəssüm etdirir. “Orionun sapı” yalnız bir teatr təcrübəsi deyil, həm də insanın təbiətlə münasibəti və onun qarşısındakı məsuliyyəti barədə düşünməyə sövq edən bir əsərdir.Tədbirin davamında Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının təqdimatında qədim rəqs ənənələrimizi əks etdirən “Cəngi” və “Yallı” rəqsləri təqdim olunub.Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ikinci ildir keçirilən festivalın sərgi proqramı müxtəlif bədii yanaşmaları, nəsilləri və coğrafiyaları bir araya gətirərək tamaşaçılara yaddaş, mədəni irs, təbiət, biomüxtəliflik, kimlik və gələcək kimi mövzular ətrafında düşünmək imkanı yaradır.Budəfəki “Art Weekend”in sərgi proqramının mühüm istiqamətlərindən biri “Qafqazın Böyük Beşliyi” (Big Five of the Caucasus) mövzusudur. Qafqazın təbiəti və biomüxtəlifliyinə həsr olunan layihələrdə heyvanlar yalnız təbiətin bir hissəsi kimi deyil, həm də mədəni yaddaşın, mifologiyanın və kollektiv kimliyin daşıyıcıları kimi təqdim edilir.“Böyük Beşlik” və onun təbiətdən sənətə olan səyahətinin bədii interpretasiyalarından biri də “Əfsanəvi varlıqlar: Azərbaycanın heyvanlar aləmi” (Legendary Creatures: An Azerbaijani Bestiary) layihəsidir. Heydər Əliyev Mərkəzinin park ərazisində nümayiş olunan layihə Azərbaycan folklorundakı mifoloji varlıqları “Böyük Beşlik” ilə əlaqələndirir. Burada heyvanlar yerli bilik, folklor və incəsənət yaddaşının daşıyıcıları kimi təqdim olunur, onların gələcək nəsillər üçün qorunmasının vacibliyi vurğulanır.Ekspozisiyada ümumilikdə 6 rəssamın 6 əsəri - xalça kompozisiyası, heykəltaraşlıq əsəri, fotoəsər, metal kompozisiya, qarışıq kompozisiya sərgilənir. Ekspozisiyadakı əsərlər məhz “Art Weekend” çərçivəsində ilk dəfə ictimaiyyətə təqdim edilir. Heydər Əliyev Mərkəzində nümayiş olunan “Təbiət danışanda. Varislər” (When nature speaks. Heirs) müasir incəsənət sərgisi də təbiət, irs və insan məsuliyyəti mövzularını araşdırır. Qafqazın “Böyük Beşliyi” - Qafqaz bəbiri, qonur ayı, boz canavar, imperator qartalı və ceyran sərginin konseptual əsasını təşkil edərək, “biz özümüzdən sonra necə bir təbii dünya qoyub gedəcəyik?” sualına diqqəti çəkir. Ekspozisiyada müxtəlif formalarda təqdim olunan bu heyvanlar sadəcə vəhşi təbiət təsvirləri kimi qəbul edilmir. “Böyük Beşlik” festivalın bədii proqramının əsas rəmzlərinə çevrilərək təbiət, mədəni yaddaş, mifologiya, kimlik və gələcək nəsillər haqqında düşünmək üçün yeni perspektiv yaradır.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideyası əsasında hazırlanan sərgi insanlarla təbiət arasındakı əlaqəni, bir-biri ilə sıx bağlı olan irs, məsuliyyət, yaddaş və seçim kimi anlayışları tədqiq edir.Sərgi instalyasiya, heykəltaraşlıq, keramika, tekstil və müxtəlif materialların birləşdirildiyi qarışıq texnikalarda çalışan rəssam və sənətçiləri bir araya gətirir.Sərgidəki əsərlər məhz Bakıdakı incəsənət həftəsonu çərçivəsində ilk dəfə geniş ictimaiyyətə təqdim olunub. Daha sonra çinli rəssam Canq Cinin (Zhang Ji) “Həqiqət dərisi” (The skin of truth) sərgisinə baxış olub. Ekspozisiya müxtəlif mədəniyyətlərin memarlıq ənənələrini müasir rəngkarlıqla birləşdirir. Sərgidə rəssamın “Həqiqət dərisi” və “Ultima” silsilələrindən əsərləri yer alıb. Məscid, sinaqoq, katolik kilsə, hindu və buddist məbədlərinin naxışlarından ilhamlanan Canq Cin onları müasir rəngkarlıq dili ilə yenidən şərh edir.Bakı ekspozisiyasında nümayiş olunan əsərlər İspaniyadakı Kordova Böyük Məscidi, Əlhambra sarayı kimi məşhur memarlıq abidələrinin təsiri ilə yaradılıb. Canq Cinin rəsm texnikası da fərqlidir. O, boyanı kətana fırça əvəzinə şprislə çəkir. Bu üsulla yaranan qabarıq səthlər əsərlərə barelyefi xatırladan görünüş verir.Canq Cinin əsərləri indiyədək ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, İspaniya, İsveçrə, Səudiyyə Ərəbistanı, Türkiyədə və digər ölkələrdə nümayiş olunub və beynəlxalq kolleksiyalara daxil edilib.Həmçinin Heydər Əliyev Mərkəzində tanınmış amerikalı rəssam Cudi Çikaqonun (Judy Chicago) “Qadınlar dünyanı idarə etsəydilər…” (What If Women Ruled the World?) adlı art-layihəsi və italiyalı sənətçi Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) “Əbədiyyət güzgüsü” (Mirror of Eternity) əsəri təqdim olunub.“Qadınlar dünyanı idarə etsəydilər…” art-layihəsi xatirələri bölüşmək, hekayələr danışmaq və kollektiv özünüifadə üçün imkan yaradır. Layihə 2022-ci ildən etibarən ABŞ, Almaniya, Argentina, Böyük Britaniya, Fransa, Hindistan, Meksika, Niderland və Türkiyəni əhatə edən qlobal bir arxiv formalaşdırıb. Bakıda ziyarətçilər interaktiv səsyazma kabinəsində sualları cavablandıraraq əsərin növbəti mərhələsinin bir hissəsinə çevrilə bilər.Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) “Əbədiyyət güzgüsü” (Mirror of Eternity) əsəri isə rəssamın güzgü motivi üzərində uzun illər apardığı yaradıcılıq araşdırmalarının davamıdır. Pistoletto yaradıcılığı boyunca tamaşaçını sənət əsərinin bir hissəsinə çevirmək üçün güzgüdən istifadə edib. “Əbədiyyət güzgüsü” rəqəmsal dövrün imkanları əsasında süni intellekt vasitəsilə insan portretlərini birləşdirərək əvvəllər mövcud olmayan yeni simalar yaradır. İştirakçı öz portretini sistemə yükləyir, sistem isə onu başqa bir insanın portreti ilə birləşdirərək yeni obraz formalaşdırır. Beləliklə, bu süni yaradılışda nəsildən-nəslə davam edən daimi yenilənmə əks olunur. Layihə insan, yaddaş, texnologiya və daim yenilənən həyat anlayışları arasındakı əlaqəni araşdırır.“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalı noyabrın 1-dək davam edəcək. Müxbir - Gülay Nəzərova Fotomüxbirlər - Səfiyar Məcnun, Tofiq Babayev
Bu gün
203 xəbər bu gün
Günəşdəki tac dəliyinin təsiri ilə başlayan geomaqnit pozuntuları gözlənilmədən maqnit qasırğası səviyyəsinə çatıb.
Bakı, 1 noyabr, AZƏRTAC Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında paylaşım edərək, Avropa ölkələrindəki iğtişaşlara diqqət yetirməyə çağırıb.AZƏRTAC xarici mediaya istinadla…
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az-a istinadən, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci…
Ukraynada müharibə başa çatdıqdan sonra Avropa ilə Rusiya arasında konstruktiv münasibətlərin yeni çərçivəsi müəyyən edilməlidir
Finlandiyada işsizlik səviyyəsi yay aylarının yekunlarına görə 10.4 faizə çataraq Avropa İttifaqı (Aİ) ölkələri arasında ən yüksək göstərici olub.
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətlərinin keyfiyyət göstəricilərinə dair genişləndirilmiş aylıq təhlillərinin sentyabr buraxılışını təqdim edib. Agentlikdən Bizim.Media-ya…
Alimlər 2-ci tip diabetdən əziyyət çəkən insanların əzələlərində Miro1 zülalının yüksək səviyyədə olduğunu və bunun orqanizmin insulinə reaksiyasını zəiflədə biləcəyini müəyyən ediblər.
В Китае запустили серийное производство робота-кентавра. Как передает Day.Az, соответствующие видеозаписи распространились в социальных сетях. Китайская компания PHYMI представила робота-кентавра Sagi, оснащенного…
Bakı, 1 noyabr, AZƏRTAC Almaniyanın paytaxtı Berlində oktyabrın 31-də keçirilən etiraz aksiyaları zamanı 60-dan çox nümayişçi saxlanılıb. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Berlin polisinin X…
Bakı, 1 noyabr, AZƏRTAC “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalı çərçivəsində Müasir İncəsənət Muzeyində rəssam Anar Hüseynzadə ilə görüş keçirilib. Görüş rəssamın “O” adlı fərdi sərgisinə həsr…
Yəməndə husilər tərəfindən əsir saxlanılan BMT əməkdaşı Məhəmməd əş-Şami həyatını itirib. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk məlumat verib. Onun sözlərinə görə, BMT əməkdaşı 2024-cü il…
Konqo Demokratik Respublikasında (KDR) hazırda davam edən Ebola epidemiyası nəticəsində laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı 5 000-i ötüb.
İtaliya A Seriyasının 10-cu turu çərçivəsində “Milan” və “İnter” komandaları arasında keçirilən matç başa çatıb. Milandakı “San-Siro” stadionunda təşkil olunan görüşün baş hakimi Marko…
Ölkənin ikinci əl və yeni avtomobil bazarında
Paris Polis Prefekturası ötən gün paytaxtda bahalaşmaya qarşı etiraz aksiyalarının üçüncü mərhələsi zamanı hüquq-mühafizə orqanlarının beş əməkdaşının — dörd polis və bir jandarmın…
Bolqarıstanda prezident və vitse-prezident seçkilərinin ikinci turu keçirilir
Fransa parlamentinin aşağı palatasının deputatları "Google", "Netflix", "Amazon" və "Meta" kimi iri şirkətlərin internet trafikindən vergi tutulmasını nəzərdə tutan təklifi dəstəkləyiblər.
ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Ailənin bildirdiyinə görə, epilepsiyadan əziyyət çəkən Van qəbul…
Fransada oktyabrın 31-də keçirilən etiraz aksiyaları zamanı 565 nəfər saxlanılıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis prefekturasının məlumatına görə, etiraz…
Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında mübarizə aparacağı məsafələrdən biri üzrə yarış ləğv edilib. Milli Olimpiya Komitəsindən Bizim.Media-ya verilən məlumata…
Rusiyanın Murmansk vilayətində qubernator Andrey Çibisin yaxın ətrafını əhatə edən korrupsiya qalmaqalı böyüyür. Yüz milyonlarla rublluq dövlət sifarişləri, büdcə vəsaitlərinin xaricə çıxarılması və şübhəli maliyyə…
Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Resmi Gazete"də yayımlanıb. Qərara əsasən, Vergi Yoxlama Şurasının sədri Möhsün Atçı Kapital Bazarları Şurasının yeni sədri təyin olunub. Qeyd edək ki…
Niderland polisi Haaqanın mərkəzində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalarla müşayiət olunan gənclərin etiraz aksiyası zamanı 34 nəfəri saxlayıb. "Hart van Nederland" portalına istinadən…
Oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. Bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətin məlumat yayıb. Bildirilib ki, Afrika qitəsində ilk…
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə IMMAF dünya çempionatına start veriləcək. Beynəlxalq Qarışıq Döyüş Sənətləri Federasiyasının (IMMAF) təşkilatçılığı ilə keçirilən dünya çempionatı noyabrın 1-dən 7-dək davam edəcək…
Bakı, 1 noyabr, AZƏRTAC “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalı çərçivəsində Müasir İncəsənət Muzeyində rəssam Anar Hüseynzadə ilə görüş keçirilib. Görüş rəssamın “O” adlı fərdi sərgisinə həsr…