Oktyabrın 31-i və noyabrın 1-i ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək.Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.O bildirib ki, bu müddətdə Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin oktyabrın 31-i gecə və səhər saatlarında yarımadanın bəzi ərazilərində qısamüddətli yağış yağacağı ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 17-20 dərəcə isti təşkil edəcək.Gülşad Məmmədova deyib ki, həftəsonu bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin oktyabrın 31-i gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 17-21, dağlıq ərazilərdə 13-18 dərəcə isti olacaq.