Avropa Komissiyası 2027-ci il üçün Ukraynaya 45 milyard avro məbləğində maliyyə ayrılmasını təsdiqləyib.
Bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyası Aİ Şurasının Ukraynaya veriləcək kreditin 2027-ci il üçün nəzərdə tutulan 45 milyard avroluq qalan hissəsinin təsdiqlənməsi təklifini qəbul edib.
Qeyd edək ki, Kiyev 2027-ci il üçün Avropa İttifaqından 70 milyard avro tələb edirdi. Avropa Komissiyasının açıqlamasına görə, ayrılacaq vəsaitin 13,3 milyard avrosu Aİ büdcəsindən maliyyələşməyə, 31,7 milyard avrosu isə silah alışına yönəldiləcək.
Komissiya əlavə maliyyə mənbələrinin axtarışı üzərində də işləyəcəyini bildirsə də, bunun hansı mənbələr hesabına təmin olunacağını açıqlamayıb.
Avropa Komissiyası vəsaiti kredit adlandırsa da, məbləğ faktiki olaraq Ukraynaya əvəzsiz təqdim ediləcək. Kredit üzrə faizlər isə Avropa İttifaqının büdcəsi hesabına ödəniləcək.