Avropa Komissiyası Ukraynanın 2027-ci ildə maliyyələşdirilməsi üçün 45 milyard avro vəsaitin bölüşdürülməsi barədə qərar qəbul edib.
Bu vəsait ötən ilin sonunda qərar verilmiş 90 milyard avroluq kreditin ikinci hissəsidir.
Ayrılan vəsaitin 13,3 milyard avrosu Ukrayna büdcəsinə birbaşa maliyyə dəstəyi kimi yönəldiləcək. Daha 31,7 milyard avro isə silah tədarükünə sərf olunacaq.