“Qalatasaray”dan darmadağın

Türkiyə Superliqasında 10-cu tura start verilib.

Turun açılış matçında “Konyaspor” öz meydanında “Qalatasaray”ı qəbul edib. Matç İstanbul klubunun böyük hesablı qələbəsi ilə başa çatıb.

“Konyaspor” - “Qalatasaray” - 0:4

Qollar: Osihmen, 12, Akgün, 28, Batrakov, 49, Leao, 55-pen.

Bu qələbə sayəsində xallarının sayını 25-ə çatdıran “Qalatasaray” liderliyini möhkəmləndirib.

“Konyaspor” isə 8 xalla 15-ci pillədə qərarlaşıb.