Mingəçevirdə 42 yaşlı kişi bıçaqlandı

Mingəçevirdə 42 yaşlı kişi bıçaq xəsarətindən həyatını itirib.

Qafqazinfo-ya istinadən, hadisə şəhərin Günəşli yaşayış massivində yerləşən fərdi təsərrüfatda baş verib.

1984-cü il təvəllüdlü şəhər sakini ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.