Bakı, 30 oktyabr, AZƏRTAC Oktyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, “Tbilisi prospekti, 129” (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) ünvanı üzrə ərazi partiya təşkilatında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn strateji məsələlərin təhlili və icrasına həsr olunmuş müşavirə keçirilib.AZƏRTAC xəbər verir ki, müşavirə Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, habelə respublikamızın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib.Dövlət Komitəsinin sədri Rövşən Rzayev Prezident İlham Əliyevin YAP-ın VIII Qurultaydakı tarixi nitqinin ölkənin gələcək inkişaf prioritetlərini müəyyən edən mükəmməl yol xəritəsi olduğunu diqqətə çatdırıb. Komitə sədri xüsusilə vurğulayıb ki, dövlətimizin başçısının proqram xarakterli çıxışında Böyük Qayıdışa dair səsləndirdiyi fikirlər, azad edilmiş ərazilərdə sürətlə aparılan bərpa-quruculuq işləri, müasir infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin doğma ata-baba yurdlarına təhlükəsiz, mərhələli və ləyaqətlə qayıdışının təmin olunması Dövlət Komitəsinin və hər bir partiya üzvünün qarşısında mühüm vəzifələr qoyur. Bildirilib ki, işğaldan azad olunmuş yaşayış məntəqələrinə köçürülən əhalinin sayı ildən-ilə artır və bu proses dövlətin güclü iqtisadi potensialı və siyasi iradəsi sayəsində uğurla davam etdirilir.YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev məruzəsində Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ölkənin siyasi sabitliyi, suverenliyinin tam bərpası və Böyük Qayıdışdakı müstəsna rolunu vurğulayıb. O, YAP-ın VIII Qurultayında müəyyən edilən prioritetlərin azad edilmiş ərazilərə köçən sakinlərlə ideoloji-maarifləndirmə işlərinin aparılmasında və onların cəmiyyətə inteqrasiyasında yeni mərhələ açdığını bildirib. Çıxış edən digər natiqlər də dövlətçilik prinsiplərinə sədaqət, milli maraqların hər şeydən üstün tutulması, vətəndaş məmnunluğunun yüksəldilməsi və əməkdaşların üzərinə düşən funksional vəzifələrə xüsusi məsuliyyətlə yanaşmasının hər bir YAP üzvünün gündəlik fəaliyyət meyarı olmalı olduğunu vurğulayıblar. Müşavirədə ərazi partiya təşkilatının fəaliyyət mexanizmlərinin daha da təkmilləşdirilməsi, təşkilat üzvlərinin sosial-politoloji fəallığının artırılması, Dövlət Komitəsinin üzərinə düşən vəzifələrin operativ və keyfiyyətli icrası, həmçinin Böyük Qayıdışla bağlı maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində praktiki təkliflər və mülahizələr səsləndirilib. Mövcud siyasi kursa birmənalı dəstəyin davam etdiriləcəyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulmuş bütün strateji hədəflərə nail olunması üçün ərazi təşkilatının səfərbər edildiyi bəyan olunub.
Bu gün
231 xəbər bu gün
Artur Fridenreyxin karyerası, vurduğu qollar, qazandığı titullar və Braziliya futbolunda irqçiliyə qarşı mübarizəsi barədə məlumatlar.
Mercedes-Benz 500K - один из самых роскошных автомобилей 1930-х годов. Как передает Day.Az, соответствующие кадры автомобиля распространились в социальных сетях. Модель выпускалась с 1934 по 1936 год и оснащалась…
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Şimali Koreyanı Binance kriptovalyuta birjasına kiberhücum edərək 6,3 milyard dollar dəyərində rəqəmsal aktivləri oğurlamaqda ittiham edib. FTB-nin…
Noyabrın 1-nə gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı…
Bakı, 1 noyabr, AZƏRTACBir neçə günlük sakitlikdən sonra Albaniyanın paytaxtı Tirananın mərkəzində polislə hökumətin siyasətinə etiraz edən nümayişçilər arasında yenidən toqquşmalar baş verib.AZƏRTAC xarici mediaya…
Böyük Britaniya hakimiyyəti ölkənin silahlı qüvvələrində hərbi xidmətin könüllülük prinsipi əsasında davam etdirilməsinə qərar verib.
Bazarlarda soğanın qiyməti artıb. Paytaxt bazarlarında piştaxtalarda soğanın qiyməti 1 manata qədər yüksəlib. Satıcılar ötən ilin indiki dövrü ilə müqayisədə artımın olduğunu deyirlər. Topdan satış bazarlarında 1 kisə…
Fransada kütləvi etirazlar zamanı 422 nəfər saxlanılıb.
Çin dövlət televiziyası həftəsonu La Liqanın ilk iki oyununu yayımlamayıb. Buna səbəb həftənin əvvəlində İspaniya çempionatının yayımlarının dayandırılması barədə qərarın açıqlanması…
Машина для выдачи сдачи из прошлого века в США привлекла внимание пользователей сети. Как передает Day.Az, соответствующие кадры распространились в социальных сетях. Аппарат, оснащенный сотней кнопок, позволял получить…
Alimlərin araşdırmalarına görə, birinci qan qrupu (O(I)) bəzi ürək-damar xəstəlikləri, xüsusilə tromb yaranması və laxtalanma pozğunluqları baxımından daha əlverişli göstəricilərlə əlaqələndirilir. Bu qan qrupuna sahib…
Köln Universitetinin alimləri mülayim soyuğun ömrü uzada biləcəyini göstərən bioloji mexanizmi müəyyən ediblər.
Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda solçu dövlət başçısı Luis İnasio Lula da Silvaya məğlub olan sağçı namizəd Flavio Bolsonaronun ölkəni tərk etməsi böyük skandala yol açıb.
Polşanın Baş naziri Donald Tusk millətçi sağçı müxalifət nümayəndələrini “demokratiyanı və hüquqi dövləti məhv etmək” istəməkdə ittiham edib. O, bu barədə şənbə axşamı, ölkədə ciddi…
Günəşdəki tac dəliyinin təsiri ilə başlayan geomaqnit pozuntuları gözlənilmədən maqnit qasırğası səviyyəsinə çatıb.
Bakı, 1 noyabr, AZƏRTAC Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında paylaşım edərək, Avropa ölkələrindəki iğtişaşlara diqqət yetirməyə çağırıb.AZƏRTAC xarici mediaya istinadla…
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az-a istinadən, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci…
Ukraynada müharibə başa çatdıqdan sonra Avropa ilə Rusiya arasında konstruktiv münasibətlərin yeni çərçivəsi müəyyən edilməlidir
Finlandiyada işsizlik səviyyəsi yay aylarının yekunlarına görə 10.4 faizə çataraq Avropa İttifaqı (Aİ) ölkələri arasında ən yüksək göstərici olub.
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətlərinin keyfiyyət göstəricilərinə dair genişləndirilmiş aylıq təhlillərinin sentyabr buraxılışını təqdim edib. Agentlikdən Bizim.Media-ya…