Noyabrın 1-dən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 2-dən 4-ə çatdırılacaq.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, əlavə reyslərin təşkili ilə marşrut üzrə qatarların hərəkət cədvəli də yenilənəcək.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti altıillik fasilədən sonra 2026-cı il mayın 26-da bərpa olunub. Bu istiqamətdə sərnişindaşımalar 2020-ci ilin martında COVID-19 pandemiyası ilə əlaqədar dayandırılmışdı.