Tbilisi marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır

Noyabrın 1-dən Bakı–Tbilisi–Bakı beynəlxalq sərnişin marşrutu üzrə yeni qatarın hərəkətinə başlanılacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Məlumata görə, yeni qatar standard, standard+ və biznes sinif vaqonlarından ibarət olacaq. Yeni qatarın istifadəyə verilməsi ilə Bakı və Tbilisi şəhərləri arasında gündəlik reyslərin sayı 2-dən 4-ə çatdırılacaq.